MEXİPRİM ampula

MEXİPRİM ampula

14.21 AZN
Rəngsiz və ya zəif sarımtıl rəngli, şəffaf maye. 

Göstərişlər:

Beyin qan dövranının kəskin pozğunluqları

Vegeto - damardistoniyası

Nevrotik və nevrozaoxşar vəziyyətlərdə həyəcanlı vəziyyətlər

Müxtəlif mənşəli yüngül koqnitiv pozğunluqlar

Yaşlı insanlarda yaddaş pozğunluğu və əqli çatışmazlıq

Ekstremal amillərin təsiri

Alkoqolizm zamanı nevrozaoxşar və vegetativ-damar pozğunluqlarının üstünlük təşkil etdiyi abstinent sindrom    

Əks göstərişlər:

Kəskin qaraciyər və ya böyrək çatışmazlığı

Preparata qarşı yüksək fərdi həssaslıq

Uşaq yaşı

Hamiləlik və laktasiya dövrü.

İstifadə qaydası və dozası:

Meksipriməz ələdaxili və ya venadaxili təyin edilir.

Müalicəni 50-100 mq doza ilə sutkada 1-3 dəfə olmaqla başlayırlar, sonra dozanı terapevtik təsirin əldə edilməsinədək artırırlar. Maksimal sutkalıq doza 800mq-dan çox olmamalıdır.

Şırnaq üsulu ilə Meksiprimi 5-7 dəqiqə ərzində yavaş-yavaş yeridirlər. Damcı üsulu ilə isə - dəqiqədə 40-60 damcı sürəti ilə.

Beyin qan dövranının kəskin pozğunluqları zamanı Meksiprim birinci 2-4 gün ərzində kompleks terapiyanın tərkibində venadaxili damcı üsulu ilə sutkada 1 dəfə 200-300 mq miqdarında, sonra isə əzələdaxili sutkada 3 dəfə 100 mq dozada istifadə edilir.

Təsiredici maddə - 1 ml məhlulun tərkibində 50 mq etil-metil-hidroksipiridin suksinat vardır.

Köməkçi maddələr – inyeksiya üçün su.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.