OFFDOL 30 mq

OFFDOL 30 mq

6.95 AZN

Venadaxili və əzələdaxili istifadə edilən rəngsiz və şəffaf məhlul.

Göstərişlər:

Güclü və ya orta dərəcədə olan ağrı sindromu

Cərrahi əməliyyatdan sonrakı ağrılar

Əzələ ,sümük və yumuşaq toxuma travmaları

Dartılma, çıxıq və sınıqlar

Diş ağrısı

Böyrək və öd sancıları

Doğuşdan sonrakı ağrılar

Revmatik ağrılar

Onkoloji xəstəliklər

Osteoxondroz.

Əks göstərişlər:

Preparatın tərkibində olan aktiv və ya köməkçi maddəyə qarşı hiperhəssaslıq

Hipovolemiya

Mədə-bağırsaq sisteminin eroziv-xoralı xəstəliklərin kəskinləşmə mərhələsi

Qanaxmalar və ya onların yaranması riski yüksək olduqda

Ağır böyrək çatışmazlığı.

İstifadə qaydası və dozası:

Preparat venadaxilinə 15 saniyədən az olmayan müddətdə yeridilir.

Müalicə kursu davam etmə müddəti 5 gündən artıq olmamalıdır.

16-65 yaş arası xəstələr – 30 mq

65 yaşdan böyük və ya böyrək funksiyaları pozulmuş xəstələr – 15 mq.

Təsiredici maddə - ketorolak trometamin 30 mq

Köməkçi maddələr – natrium xlorid, dinatrium edetat, etil spirti, natrium hidroksid,xlorid turşusu, inyeksiya üçün su.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.