TİNİDAZOL 500 mq

TİNİDAZOL 500 mq

7.32 AZN

Krem çalarlı ağ örtüklə örtülmüş, yumru, iki tərəfli qabarıq tabletlər.

Göstərişlər:

Trixomonadoz

Lyamblioz

Amöbiaz və onun qaraciyər forması

Anaerob bakteriyalar tərəfindən törədilən infeksiyalar və ya aerob və anaerob bakteriyaların törətdiyi qarışıq infeksiyalar.

Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi ilə müşayiət olunan helicobacter pylori infeksiyalarının müalicəsi zamanı bismut preparatları və antibiotiklərlə birlikdə.

Əks göstərişlər:

Nevroloji üzvi xəstəliklər

Preparatın inqrediyentlərinə və ya digər 5-nitroimidazol törəmələrinə qarşı yüksək həssaslıq

Qanyaranmanın pozulması

Hamiləliyin birinci trimestri və laktasiya dövrü.

İstifadə qaydası və dozası:

Trixomonadoz

Böyüklər – birdəfəyə 2 q tinidazol

Uşaqlar – 50-75 mq bədən kütləsinə dozada birdəfəyə

Lyamblioz

Böyüklər – 2 q tinidazol birdəfəyə

Uşaqlar – 50-75 mq bədən kütləsinə dozada birdəfəyə

Bağırsaq amöbiazı

Böyüklər – 2 və ya 3 ardıcıl gün ərzində birdəfəlik dozada 2 q tinidazol

Uşaqlar – 3 ardıcıl gün ərzində 50-60 mq birdəfəlik dozada.

Təsiredici maddə - 1 tabletin tərkibində 500 mq tinidazol vardır.

Köməkçi maddələr – mikrokristallik sellüloza, algin turşusu, qarğıdalı nişastası, maqnezium-stearat, titan 4-oksid, makraqol 6000, talk, propilenqlikol.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.