QUTTALAKS 30 ml

QUTTALAKS 30 ml

9.27 AZN
Şəffaf, rəngsiz və ya sarı və ya açıq-sarı qəhvəyi rəngdə, cüzi qatılığı olan məhlul.
İstifadəsinə göstərişlər:
-atonik qəbizlik
-nəcisin tənzimlənməsi
-cərrahi əməliyyatlara, instrumental və rentgenoloji müayinələrə hazırlıq.

Əks göstərişlər:
Natrium pikosulfata və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:
Dərman vasitəsinin qəbulunu kifayət edən minimal dozadan başlamaq tövsiyə edilir. Lazım effekti əldə etmək üçün doza tövsiyə edilən maksimal dozaya qədər artırıla bilər. Tövsiyə edilən maksimal dozanı artırmaq məsləhət görülmür.
Damcılar 7,5 mq-1 m (15 damcı)
Böyüklər üçün baçlanğıc doza 10 damcı təşkil edir, sonra qəbizliyin dərəcəsindən asılı olaraq doza fərdi təyin edilir-sutkada 10 damcıdan 20 damcıya qədər birdəfəlik
10 yaşdan yuxarı uşaqlar- sutkada 10 damcıdan 20 damcıya qədər birdəfəlik
4-10 yaş uşaqlar tövsiyə edilən doza sutkada 5-10 damcı təşkil edir.
4 yaşa qədər uşaqlar tövsiyə edilən doza 1 kq bədən çəkisinə sutkada 0,25 mq.
Nəcisin səhər saatlarında əmələ gəlməsi üçün preparatı bir gün qabaq gecə yuxudan əvvəl qəbul etmək lazımdır.

Təsredici maddə: 1 ml məhlulun tərkibində 7,5 mq natrium piksolufat monohidrat vardır.
Köməkçi maddə: natrium benzoat, duru sorbital, natrium sitrat dihidrat, limon turşusunun monohidratı, təmizlənmiş su.
 

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.