MEFLOSİD 750 mq

MEFLOSİD 750 mq

18.00 AZN
N7 tablet
Göstərişlər:
Meflosid örtüklü tabeletlərdə böyüklərdə levofloksasinə həssas mikroorqanizmlərlə törədilmiş aşağıdakı infeksiyalarda göstərişdir
-Kəskin üst çənə sinusiti;
-Xroniki bronxitin kəskinləşməsi;
-Xəstəxanadankənar pnevmoniya;
-Sidik çıxarıcı sistemin fəsadlaşmış infeksiyaları;
-Dəri və törəmələrinin fəsadlaşmış infeksiyaları;
-Dəri və törəmələrinin fəsadlaşmış bölünməsinə yol verilir, yüngül və müaliyim.

Əks göstərişlər:
Levofloksasinə və ya xinolon qrupundan digər antibakterial vasitələrə, həmçinin tərkibinə daxil olan köməkçi maddələrə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:
Meflosid örtüklü tabletlər gündə 1 və ya 2 dəfə qəbul edilir. Doza infeksiyasını növündən, ağırlığından və ehtimal olunan patogenin həssaslığından asılı olaraq korreksiya olunur.
Müalicə müddəti xəstəliyin gedişindən asılıdır.
Meflosi örtüklü tabletlər daxilə çeynəmədən, kifayət qədər maye ilə qəbul edilir. Dozanın korreksiyasına ehtiyac olduqda tabletlərin bölünməsinə yol verilir. Tabletlər istər qida qəbulu zamanı, istərsə də yeməkarası qəbul edilə bilər. Meflosid örtüklü tablelərin sorulmasının azalmasının qarşısını almaq üçün tabletlər dəmir duzları,  antasid və ya sukralfatin qəbulundan 2 saat əvvəl və ya 2 saat sonra qəbul edilməlidir.
Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq levofloksasin və ya 750 mq levofloksasin vardır.
Köməkçi maddə: mikrokristallik sellüloza, krospovidon, hidroksipropilmetil sellüloza, natrium stearifumarat.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.