SECDAZA

SECDAZA

5.59 AZN
Sedaza 0,5 q- Oval hər iki tərəfədn qabarıq mavi rəngli örtüklü tablet.

Sedaza 1,0 q- Bir tərəfi SECN döyülməsilə həkk olunmuş digər tərəfində ayırıcı xətt olan oval hər iki tərəfdən qabarıq mavi rəngli örtüklü tablet.

Göstərişlər:
-trixomonal uretrit və vaginit
-bakterial vaginoz
-bağırsaq amöbiazı
-qaraciyər amöbiazı
-lamblioz

İstifadə qaydası və dozası:
Secdaza bilavasitə yeməkdən qabaq az miqdar su ilə daxilə qəbul olunur.

Böyüklər üçün;
Trixomnal uretrit və vaginit, bakterial  vaginoz 2,0 q bir dəfə

Bağırsaq amöbiazı;
-kəskin simtomatik amöbiaz 2,0 q bir dəfə
-simptomsuz amöbiaz, həmçinin ocaqlı və kistalı foraları, gündə bir dəfə 2,0 q birdəfəlik doza ilə 3 gün ərzində daxilə qəbul edilir.

Qaraciyər amöbiazı -gündə 1,5 q tək və ya bölünmüş doza ilə 5 gün ərzində daxilə qəbul olunur.

Uşaqlar üçün doza;
Bağırsaq amöbiazı;
-kəskin simptomatik amöbiaz 3- mq/kq/sutka dozada birdədəlik daxilə qəbul olunur.
-simptomsuz amöbiaz, həmçinin ocaqlı və kistalı formaları gündə 30 mq/kq/sutka tək və ya bölünmüş doza ilə 3 gün ərzində daxilə qəbul olunur
.
Qaraciyər amöbiazı -gündə 30 mq/kq/sutka tək və ya bölünmüş doza ilə 5 gün ərzində daxilə qəbul olunur.

Liamblioz 30 mq/kq/sutka dozada birdəfəlik daxilə qəbul olunur.

Əks göstərişlər:
-seknidazola və digər nitroimidazol törəmələrinə qarşı hiperhəssaslıq
-MSS-nin orqanik xəstəlikləri
-hamiləlik və laktasiya dövrüş

Aktiv maddə: seknidazol 0,5 q və ya 1,0 q.

Köməkçi maddə: qarğıdalı nişastası, maqnezium stearat, kalsium hidrofosfat, mikrokristallik sellüloza, povidon K30, natrium qlukonat nişastası, talk.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.