ORNİMED

ORNİMED

19.33 AZN
Ağ rəngli, ikitərəfli qabarıq, silidrik tabletlər
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR

trixomoniaz ( qadınlarda və kişilərdə sidik-cinsiyyət üzvlərinin Trichomonas vaginalis tərəfindən törədilən infeksiyaları);
amobiaz ( Entamoeba histolytica tərəfindən törədilən bütün bağırsaq infeksiyaları, o cümlədən amöb dizinteriyası və amöbiazın bütün bağırsaq formaları, xüsusilə qaraciyərin amöb absssesi );
lyamblioz;
yoğun bağırsaqda aparılan əməliyyatlar zamanı və ginekolojı müdaxilələr zamanı aneorob infeksiyarın profilaktikası.

ƏKS GÖSTƏRİŞLƏR

Preparata və ya digər nitroimidazol törəmələrinə qarşı yüksək həssaslıq. Mərkəzi sinir sisteminin zədələnməsi ( epilepsiya, baş beynin zədələnməsi, dağınıq skleroz ). Qanın patolojı zədələnmələri və digər hematolojı anomaliyalar.
Ehtiyatla:
hamiləlik, laktasiya dövrü;
qaraciyər xəstəlikləri və alkoqolizm.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Yeməkdən sonra az miqdarda su ilə içilərək daxilə qəbul edilir.
Trixomoniaz:
Preparatın tövsiyə olunan dozalanma sxemi:
müalicə kursu – 1 gün;
Böyuklər və bədən kütləsi 35 kq-dan artıq olanuşaqlar – gecələr bir qəbula 3 tablet;
Bədən kütləsi 20 kq-dan artıq olan uşaqlar üçün gündəlik doza 25 mk/kq bədən kütləsinə təşkil edir və 1 qəbula təyin edilir;
müalicə kursu 5 gün:
Böyüklər və bədən kütləsi 35 kq-dan artıq uşaqlar – 2 tablet ( 1 tablet səhər, 1 tablet axşam ).
Bədən kütləsi 35 kq-dan aşağı uşaqlar – tövsiyyə olunmur.
Təkrar yoluxma imkanını aradan qaldırmaq üçün cinsi tərəfdaş da belə müalicə kursu keçməlidir.
Amöbiaz:
Mümkün müalicə sxemləri:
amöb dizinteriyası olan xəstəlarin 3-günluk müalicə kursu;
amöbizin bütün formalarında 5-10 günlük müalicə kursu;
Preparatın tövsiyyə olunan dozalanma sxemi:

Müalicənin müddəti
Gündəlik doza
Böyüklər və bədən kütləsi 35 kq – dan artıq olan uşaqlar
Bədən kütləsi 35 kq – a qədər uşaqlar
amöb dizinteriyası – 3 gün
Axşam 1 qəbula 3 tablet.
Bədən kütləsi 60 kq – dan artıq olan zaman 4 tablet ( səhər və axşam 2 tablet )
35 kq – 1 qəbula 3 tablet
25 kq – 1 qəbula  tablet
13 kq – 1 qəbula 1 tablet
( 1 qəbul üçün 1 kq bədən kütləsinə 40 mq ornidazol kimi hesablanır )
amöbiazın digər formaları 5- 10 gün
2 tablet ( səhər və axşam 1 tablet )
35 kq – 1 qəbula 2 tablet
20 kq – 1 qəbula 1 tablet
( 1 qəbul üçün 1 kq bədən kütləsinə 25 mq ornidazol kimi hesablanır )



 
Təsiredici maddə:

  1 tabletin tərkibində 500 mq ornidazol vardır.
Köməkçi maddələr:  kartof nişastası, maqnezium stearat, mikrokristallik sellüoza, hidroksipropilmetilsellüoza.
Örtük:  opadri II ağ (polivinil spirtli, polietilenqlikol, talk, titan dioksid)


Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.