CLAMYCİN 500 MQ

CLAMYCİN 500 MQ

13.04 AZN
Sarı rəngli uzunsov formalı örtüklü tabletlər, bir tərəfində bölmə xətti, digər tərəfində “KLAMISIN” yazısı vardır.
ƏKS GÖSTƏRİŞLƏRİ:

Sizdə klaritromisinə, eritromisinə və ya makrolid qrupu antibiotiklərinə, həmçinin KLAMİSİN-in digər komponentlərindən hər hansı birinə qarşı allergiya ( yüksək həssaslıq ) varsa,
Siz aşağdakı dərmanlardan hər hansı birini istifadə edirsinizsə: astemizol ( ot qızdırması və ya allergiya zamanı istifadə edilir ), sizaprid ( mədə xəstəlikləri zamanı istifadə olunur ), pimozid ( bəzi psixiatrik xəstəliklərin müalicəsi üçün istifadə edilir ), terfenadin ( ot qızdırması və ya allergiya zamanı istifadə edilir ) erqotamin ( miqren zamanı istifadə edilir ), dihidroerqotamin ( miqren zamanı istifadə edilir ), lovastatin və ya simvastin ( xolesterinin səviyyəsinin yüksək olduğu zaman istifadə olunur ).
Siz böyrək və ya qaraciyər xəstəliyinin mövcüd olduğu halda kolxsin ( podaqranın, ailəvi Aralıq dənizi qızdırması və Behçet sindromunun müalicəsi üçün istifadə olunan dərman ) istifadə edirsinizsə,
Oral istifadə üçün midazolam ( sedativ dərman ) tərkibli dərman istifadə edirsinizsə,
Anamnezinizdə QT intervalının uzanması  ( kardioqramda deyişiklik ) və ya ürək ritminin pozulması varsa ( o, QT intervalının uzanma sindromuna/torsades de pointes-ə səbəb ola bilər ),
Sizdə nefrozla yanaşı ağır qaraciyər çatışmazlığı varsa,
Əgər sizdə hipokaliyemiya ( qanda kaliumun səviyyəsinin aşağı olması ) və ya ürək aritmiyası ( ürəkdöyünmə ) varsa.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Həkiminiz Sizə KLAMİSİN-lə müalicəni nə qədər davam etdirməli olduğunuzu və hansı dozada neçə tablet qəbul etməli olduğunuzu deyəcəkdir. Həmişə həkiminizin tövsiyyələrinə tam riayət edin.
Əgər KLAMİSİN-i necə istifadə edəcəyinizə əmin deyilsinizsə, lütfən həkiminizlə məsləhətləşin.
KLAMİSİN-in böyüklər üçün tövsiyyə edilmiş ümumi dozası, 6-14 gün və ya 7-14 gün müddətində gündə 2 dəfə ( 12 saatdan bir ) 250 və ya 500 mq təşkil edir. Mikobakterial infeksiyaların müalicə müddəti uzundur ( 3-4 həftə və ya daha uzun ) və daha ağır hallarda doza gündə 1000 mq-a qədər artırıla bilər. Sizin həkiminiz sizin infeksiyanızın xarakteristikasına müvafiq olaraq neçə gün müddətində gündə neçə dəfə hansı dozanı qəbul etməli olduğunuzu deyəcəkdir.

Təsiredici maddə:
  1 tabletin tərkibində 500 mq klaritromisin vardır.
Köməkçi maddələr:  natrium nişasta qlikolyatı, jelatinləşdirilmiş nişasta, mikrokristallik sellüoza, susuz kolloidal silisium dioksid, povidon, stearat turşusu ( E570 ), maqnezium stearat (E572 ), talk ( E553(b) ), Opadry Yellow ((OY – S – 22819) hidroksipropilmetilsellüloza ( E464 ), hidroksipropilsellüoza ( E463 ), sorbitan monooleat ( E494 ), propilenqlikol ( E200 ), vanilin, titani dioksid ( E171 ), xinolin sarısı ( alüminium lak E104 ))

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.