XONDROKSİD 250 mq

XONDROKSİD 250 mq

16.32 AZN
Üzərində bölmə xətti olan, kənarları kəsik, ağ rəngdən sarımtıl və ya kreməoxşar çalarlı rəngədək tabletlər, üzərində çillərin olması mümkündür.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Oynaqların və onurğanın degenerativ-distrofik xəstəlikləri: onurğanın osteoartrozunun, osteoxondrozunun

müalicəsi və profilaktikası.

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın komponentlərinə qarşı hiperhəssaslıq, uşaqlar ( uşaqlarda istifadəsinin effektivliyi və təhlükəsizliyi

müəyyən edilməyib ), hamiləlik, laktasiya dövrü.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Daxilə, gündə 2 dəfə 0,5 q ( 2 tablet );

Tabletləri üzərindən müəyyən qədər su içməklə qəbul edirlər;

İlkin müalicə kursunun tövsiyyə edilən müddəti – 6 ay təşkil edir;

Preparatın terapevtik təsiri istifadəsi dayandırıldıqdan sonra xəstəliyi lokalizasiyası və mərhələsindən asılı

olaraq 3-5 ay ərzində davam edir. Zəruri hallarda müddəti fərdi əsasda müəyyən edilən təkrar müalicə

kurslarının keçirilməsi mümkündür.


ƏLAVƏ TƏSİRLƏRİ:

Əlavə təsirləri nadir hallarda (≥0,01%-dən<0,1%-dək) baş verir .

Mədə - bağırsaq traktında baş verən pozğunluqlar : ürək bulanma , qusma , ishal.

İmmun sistemdə baş verən pozğunluqlar :allergik reaksiyalar.

Təsiredici maddə: 1 tabletin tərkibində 250mq xondroitin natrium sulfat vardır.

Köməkçi maddələr: kalsium stearat,krospovidon, povidon K-30, mikrokristallik sellüoza, maqnezium hidroksikarbonatpentahidrat.

 

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.