KOROS

KOROS

16.03 AZN
Koros 5 mq: yumru, sarı rəngli, örtüklü tabletlərdir.

Koros10 mq, 20 mq: yumru, çəhrayı rəngli, örtükü tabletlərdir.

Koros 40 mq: oval, çəhrayı rəngli, örtüklü tabletlərdir.
 

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-  Birincili hiperxolesterinemiya ( IIa tip, ailəvi hiperxolesterinemiya və ya qeyri-irsi hiperxolesterinemiya

daxildir) və ya qarışıq hiperxolesterinemiya ( IIb tip ) zamanı pəhriz və digər qeyri-dərman müalicə üsulları

( məs., fiziki məşqlər, bədən çekisinin azadılması ) kifayət etmədikdə pəhrizə əlavə olaraq;

-  Ailəvi homoziqot hiperxolesterinemiya zamanı pəhrizə və digər xolesterinsalıcı müalicə ( məs., ASLP-aferez )

əlavə olaraq, yaxud bənzər müalicə xəstə üçün münasib olmadıqda;

-  Hipertriqliseridemiya ( IV tip ) zamanı pəhrizə əlavə olaraq;

-  Aterosklerozun proqressivləşməsinin qarşısını almaq məqsədilə ( ümumi Xs və Xs-ASLP səviyyəsini azaltmaq

məqsədilə ).

ƏKS GÖSTƏRİŞLƏR:

Əgər Korosa və ya preparatın tərkibində olan maddələrdən hər hansı birinə qarşı əvvəllər sizdə allergiya baş

vermişdirsə, hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, bu zaman preparatı istifadə etməməniz tövsiyə olunur.

Korosla müalicə müddətində hamilə qalsanız, dərmanın qəbulunu dərhal dayandırın və həkiminizə müraciət

edin.

XÜSUSİ GÖSTƏRİŞLƏR VƏ EHTİYAT TƏDBİRLƏRİ:

Əgər böyrəklərinizdə və ya qaraciyərinizdə prablem varsa, sizdə və ya ailənizdə anamnezdə mənşəyi məlum

olmayan əzələ aərıları varsa və ya digər xolesterinsalıcı ( hipoxolesterinemik ) dərmanların qəbulu ilə əlaqədər

əzələ problemləri baş vermişdirsə, özünüzü yaxşı hiss etmirsinizsə və ya qızdırmanız varsa, bu zaman dərhal

və mütləq həkiminizə müraciət etməlisiniz.

Korosun tərkibində olan bəzi köməkçi maddələr haqqında mühüm məlumatlar: əgər həkiminiz sizdə bəzi

şəkərlərə qarşı dözümsüzlüyün olduğunu bildirmişdirsə, bu preparatı qəbul etməzdən əvvəl həkiminizlə əlaqə

saxlayın.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Korosu hər zaman həkiminizin etdiyi kimi qəbul edin. Əmin deyilsinizsə, həkiminizdən və ya əczaçınızdan

soruşun. Tableti bütöv şəkildə su ilə udun. Preparatı gündə bir dəfə qəbul edin. Preparatı günün hər hansı

vaxtında qəbul edə bilərsiniz. Koros tabletinin qəbulunu unutmamaq üçün hər gün eyni saatdan qəbul etməyə

fikir verin.

Həkiminiz dozanın artırılmasına qərar verə bilər. Əgər müalicəyə 5 mq doza ilə başlamısınızsa, həkiminizin

dozanı əvvəlcə 10 mq-a, daha sonra 20 mq-a, lazım gələrsə, hətta 40 mq-a çatdıra bilər. Müalicəyə 10 mq

doza ilə başlamısınızsa, həkiminiz bunu 20 mq-a, sonra isə lazım gələrsə 40 mq-a çatdıra bilər. Dozanın hər

yüksəldilməsi 4 həftəlik intervallarla həyata keçirilir. Krosun ən yüksək gündəlik dozası 40 mq-dır. Bu doza

adətən, xoleterin səviyyəsi yüksək və ürək tutmaları və insult riski yüksək olan, eyni zamanda 20 mq doza ilə

xolesterininin səviyyəsi kifayət dərəcədə düşməyən xəstələr üçündür.

ƏLAVƏ TƏSİRLƏRİ:

Bütün dərmanlar kimi, preparatın tərkibində olan maddələrə qarşı həssas olan insanlara əlavə təsirlər meydana

çıxa bilər.Bu əlavə təsirlərin ədən ibarət olmasını bilməyiniz vacibdir. Əlavə təsirlər ümumilikdə zəif olur və

keçici xarakter daşıyır. Çox ciddi ola bilən belə hallarla qarşılaşdıqda həkiminizə müraciət edin. Bu çox ciddi

əlavə təsirlərin hamısı çoc nadir hallarda meydana çıxır.

 
Təsiredici maddə: 1

tabletin tərkibində 5 mq, 10 mq, 20 mq və 40 mq rozuvatatinə ekvivalent miqdarda – 5,20 mq, 10,40 mq, 20,80

mq və 41,60 mq rozuvastatin kalsium vardır.

Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüoza ( Avicel pH102 ), krospovidon ( Kollidon CL ),

kalsium-hidrofosfat dihidrat, maqnezium-stearat.

Örtük:

Koros 5 mq: hidroksipropilmetilsellüoza, mikrikristallik sellüoza, stearin turşusu, titan dioksid ( E171 ), qırmızı

dəmir oksidi, sarı dəmir oksidi ( E172 ).

Koros 10 mq, 20 mq, 40 mq: hidroksipropilmetil sellüoza, mikrikristallik sellüoza, stearin turşusu, titan dioksid (

E171 ), qırmızı dəmir oksidi.
 

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.