FİTOSEDİN

FİTOSEDİN

12.00 AZN
30 ml damcı 
TƏSİR MEXANİZMİ:

Kalium fofat: sinir sisteminin əsas qidalandırıcı biokimyəvi elementlərindən biridir. Əsəb gərginlikləri,

narahatlıq, depressiya, baş ağrılarının qarşısını alır.

Kaliforniya eşşolsiyası ( laləsi ): streslə əlaqədər yaranan halların müalicəsində istifadə olunan ən qədim

sakitləşdirici vasitələrdən biridir. Əsas təsiri sedativ və yuxugətirici effekti olan kalifornidindir. Onun yüksək

dozası yuxugətirici təsirə malikdir, aşağı dozası isə narahatlığın və stresin azalmasına səbəb olur.

İnkarnat qonaqotu: yuxusuzluqa, həyacanla və ya əsəbiliklə əlaqədər mədə-bağırsaq pozğunluqlarında

simptomları yüngülləşdirmək üçün istifadə olunur.

İgnatiya amara: yuxu zamanı tez-tez oyanma, uzun müddət davam edən narahat yuxuların qarşısın almaq

üçün istifadə olunur.

Pişikotu: əsasən əsəb pozğunluqlardan əziyyət çəkən insanlar üçün nəzərdə tutulur. Pişikotu yuxu gətirir,

yuxunun keyfiyyətini yaxşılaşdırır və qan təzyiqini azaldır. Pişikotu beyin-onurğa beyni sisteminə təsir edir və

sinir ağlarında sakitləşdirici təsir göstərir.

Balıq sarmaşığı: həddən artıq yorğunluğun qarşısını alır və bədənin enerjisini artırır.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-  Yuxu pozğunluğu;

-  İsterik nevroz;

-  Nevroloji pozğunluqlar;

-  Depressiya;

-  Miqren;

-  Xroniki yorğunluq;

ƏKS GÖSTƏRİŞLƏR:

-  Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq;

-  Hamiləlik;

-  Laktasiya dövrü;

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

0-2 yaş uşaqlar: gündə 2 dəfə 1.25 ml ( 6-8 damcı );

2-6 yaş uşaqlar: gündə 2 dəfə 2.5 ml ( 8-12 damcı );

6-14 yaş uşaqlar: gündə 3 dəfə 2.5 ml ( 8-12 damcı );

Böyüklər: gündə 3 dəfə 5 ml ( 1—15 damcı ).
 

Hər 5 ml damcının tərkibində.................................0.1 mq;

Kalium fosfat.............................................................5 mq;

Kaliforniya eşşolsiyası..............................................5 mq;

İnkarnat qonaqotu....................................................5 mq;

İgnatiya amara.........................................................5 mq;

Pişikotu....................................................................5 mq;

Balıq sarmaşığı.......................................................5 mq;

Şərbət əsası..............................................................k. q;

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.