ROKSİZAPİN 10 mq

ROKSİZAPİN 10 mq

34.32 AZN
N28 tabletka
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Olanzapindən şizofreyanın malicəsində və bipolyar pozğunluqlarda müşayiət olunan maniyaların kəskin

epizodların qısamüddətli müalicəsində istifadə olunur.

ƏKS GÖSTƏRİŞLƏR:

Rozksizapinin tərkib komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq, bağıbucaqlı qlukoma.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Roksizapinin başlanğıc tövsiyyə olunan dozası acqarına və ya tox qarına qəbul etməklə 5-10 mq-dır. Doza

sonradan xəstənin kliniki statusuna müvafiq olaraq 5-20 mq hüdudlarında tənzim olunur. Gündəlik dozanın 15

mq-a qədər və daha yüksəyə qaldırılması yalnız müalicədən minimum 4 gün keçdikdən sonra tövsiyyə olunur.

Şizofreniya zamanı dəstəkliyəci müalicə: müvafiq doza ilə dəstəkliyəci müalicənin aparılmasının vacibliyini

müəyyən etmək üçün xəstənin statusunua müvafiq olaraq 5-20 mq hüdudlarında tənzim olunur.

 Bipolyar maniya: olanzapinin peroral qəbuluna qida qəbuluna qida qəbulu nəzərə alınmadan gündə bir dəfə

olmaqla 10 mq və ya 15 mq doza ilə başlanır. Dozanın deyişdirilməsi ( tənzim edilməsi ) minimum 24 saat

fasilə ilə daima həyata keçirmək lazımdır, bu zaman dozanın gündəlik artması/azalması 5 mq hesabı ilə

olmaqla.

Bipolyar maniya zamanı dəstəkləyici müalicə: müalicəyə qarşı kəskin cavab reaksiyası alındıqdan sonra nail

olunmuş cavab reaksiyasını davam etdirmək və maniyanın yeni epizodlarının qarşısını almaq üçün terapiyanı

davam etdirmək lazımdır.

Uşaqlar: olanzipin yaşı 18-dən az olan xəstələrdə öyrənilməmişdir.

Yaşlı xəstələr: 65 yaşlı və daha böyük xəstələr üçün adətən aşağı başlanğıc doza ( 5 mq/gün ) təyin edlir.

ƏLAVƏ TƏSİRLƏRİ:

Ümumiyyətlə orqanizmdə qeydə alınan:

Endokrin sistemi:

Bəzi hallarda ( 0,1%-1% ): şəkərli diabet;

Nadir hallarda ( <0,1% ): diabetik asidoz və zob.

Qan və limfa:

Tez-tez ( minimum 1% ): leykopeniya;

Bəzi hallarda ( 0,1%-1% ): anemiya, sianoz, leykositoz, limfadenopatiya, trombositopeniya, trombositemiya;

Nadir hallarda: (<0,1% ): normositar anemiya.

Skelet-əzələ sistemi:

Tez-tez ( minimum 1% ): oynaqların tutulması və qıcolma şəklində yığılması;

Bəzi hallarda ( 0,1-1% ): artit, artoz, bursit, ayaqlarda qıcolmalar, miasteniya;

Nadir hallarda ( <0,1% ): sümüklərdə ağrılar, miopatiya, osteoporoz, revmatoid artit.

DOZA HƏDDİNİN AŞILMASI:

Hipotoniyanı və damar çatışmazlığını müvafiq tədbirlərlə, məsələn vedaxilinə yeridilmə və ya sipatomimetik

preparatlarla müalicə etmək lazımdır ( epinefrinden, dofamindən və beta-aqonist aktivliyinə malik digər

simpatomimetilərdən istifadə etmək olmaz, çünki beta stimulyasiya hipotenziyanı dərinləşdirə bilər ). Təcili

olaraq ürək-damar sistemi üzərində monitorinqə başlamaq lazımdır. Bu məqsədlə, mümkün ola bilən aritmiyanı

müəyyən etmək üçün uzunmüddətli elektrokardioqrafik monitorinq aparılmalıdır. Həkim nəzarəti və monitorinq

xəstənin vəziyyəti bərpa olunana qədər davam etdirməlidir.
 

Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq və ya 10 mq Olanzapin vardır.

Köməkçi maddələr: titan – 4 – oksid.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.