AMLODİGAMMA 10 mg

AMLODİGAMMA 10 mg

4.61 AZN
N10 tabletka
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

“Amlodiqamma 5” tabletləri aşağıdakı hallarda istifadə olunur:

Qan təzyiqi yüksək olan hallarda:

“Amlodiqamma 5” tabletləri təlimata dəqiq əməl etməklə istifadə olunarkən qan təzyiqini aşağı salır. Bu

müalicənin lazımi effekt verməsini qan təzyiqini ölçən aparatdan istifadə etməklə müəyyən edə bilərsiniz.

Stenokardiya:

“Amlodiqamma 5” tabletləri stenokordiyanın müalicəsində də istifadə olunur. Müalicənin effektivliyini sizin döş

nahiyəsindəki ağrı tutmalarının tezliyinin azalması və ya hər hansı problem meydana çıxmazdan əvvəl nəyisə

daha çox edə bilməklə ( məsələn, daha çox məsafə qət etməklə ) təsdiqləyə bilərsiniz.

ƏKS GÖSTƏRİŞLƏR:

Amlodipinin daxil olduğu kalsium antaqonistləri qrupunun, yəni dihidropridinin hər hansı komponentinə qarşı

yüksək həssaslığınız varsa ondan istifadə etmək olmaz. Bu məhdudiyyətin sizə aid olub-olmamasına əmin

deyilsinizsə, onda müalicə həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Sizə tələb olunan amlodipinin dozası ( və ya miqdarı ) müalicə həkim tərəfindən təyin edilməlidir. Əksər

hallarda doza gündə 5 və ya 10 mq təşkil edir.

Tabletlər bütöv halda, lazım olarsa, az miqdarda su ilə qəbul etmək məsləhətdir. Amlodipin tabletləri gündə 1

dəfədən çox olmayaraq qəbul edilməməlidir. Daha yaxşı olar ki, günün müəyyən vaxtını seçəsiniz və tabletin

qəbulunu yaddan çıxartmadığınız bir şeylə, məsələn, dişlərin firçalanması və ya şam yeməyi ilə

əlaqələndirəsiniz. Bunu elə təşkil etmək lazimdır ki, tabletin qəbulunu yaddan çıxarmıyasınız, əks təqdirdə

preparat az effektiv ola bilər.

DOZA HƏDDİNİN AŞILMASI:

əgər hər hansı xəstə çoxlu sayda tabletlər qəbul etmişsə təcili olaraq həkimlə əlaqə saxlamaq lazımdır.

Mümkün olan hallarda həmin xəstə təcili  yardım şöbələrinə çatırılmalıdır. Belə xəstələrə təcili yardım

göstərilərkən onlar düz yerdə uzadılmalı və aşağı ətraflarına qaldırılmlş vəziyyət verilməlidir ( bu məqsədlə

məsələn, bir neçə balıncdan istifadə oluna bilər ).
 


Təsiredici maddə: 1 tabletin tərkibində 5 mqamlodipinə ekvivalent miqdarda ( 6,4 mq ) amlodipin – maleat

 vardır.

Köməkçi maddələr: laktoza monohidrat, povidonK30, povidon K90, mikrokristtalik sellüoza, krospovidon,


 natrium-fumarat stearin.


Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.