MİELOMİKS

MİELOMİKS

8.34 AZN
Qırmızı rəngli şəffaf maye.
ƏKS GÖSTƏRİŞLƏR:

Dərman vasitəsinin tərkibində və digər amid tərkibli yerli anesteziya vasitələrinə qarşı yüksək həssaslıq,

anamezdə lidokain yeridilməsi ilə bağlı meydana çıxan epilepsiya bənzər qıcolmaların olması, II və III dərəcəli

AV-blokada, sinus düyünün zəifliyi sindromu, Volf-Parkinson-Uayt sindromu, Adamas – Stoks sindromu, ürək

çatışmamazlığın ağır formaları, qabarıq arterial hipertoniya, bradikardiya, kardiogen şok, ürəyin tam köndələn

blokadası; miasteniya; hipovolemiya; porfiriya; ağır böyrək və ya qaraciyər çatışmazlığı, hamiləlik, laktasiya

dövrü və 12 yaşa qədər uşaqlar.

Uşaqlar və yaşlı xəstələr:

İnyeksiyanın tərkibində benzil spirtinin və böyük dozalarda vitaminlərin olduğunu nəzərə alıb 12 yaşdan kiçik

uşaqlara təyin olunmamalıdır. Yaşlı xəstələrdə doza korreksiyası tələb olunmur.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Ağır hallarda və kəskin ağrılarda gündə 1dəfə 2 ml dozada əzələdaxili ( dərin ) təyin edilir. Kəskinləşmə keçib

getdikdə və xəstəliyin yüngül formalarında həftədə 2-3 inyeksiya lazımdır. Müalicəni davam etdirmək üçün

daxilə qəbul üçün dərman forması istifadə edilir.

Həkimin gündəlik nəzarəti məsləhət görülür. Dərman vasitəsi yalnız əzələ daxili yeridilir. Təsədüfən vena daxili

yeridilərsə mütləq həkimin müayinəsi olunmalıdır. İnyeksiyalar  arası fasilələrdə və parenteral terapiya

kursunan sonra xəstəni tablet formasında olan B qrup vitaminlər saxlayan preparatların qəbuluna keçirmək

lazımdır.

Lidokainin istifadəsindən öncə dərman vasitəsinə fərdi həssaslığın olub olmadığını təyin etmək üçün dəri sınağı

qoyulmalıdır.İnyeksiya yerində ödem və qızartının olması həssaslığın olduğunu göstərir.

DOZA HƏDDİNİN AŞILMASI:

Simptomlar: preparatın çox sürətli yeridilməsi zamanı başgicəllənmə, aritmiya, qıcolmalar əmələ gələ bilər, bu

əlamətlər həmçinin doza həddinin aşılmasının simptomları ola bilər.

Belə hallarda dərman vasitəsinin qəbulu ləğv edilir və həkimə müraciət etmək məsləhət görülür.

Müalicəsi: simptomatik müalicə aparılır.

ƏLAVƏ TƏSİRLƏRİ:

Allergik reaksiyalar: çox nadir hallarda – qaşınma, övrə, tənəffüsün çətinləşməsi, Kvinke ödemi, anafilaktik

şok.

Digər: nadir hallarda – yüksək tərləmə, taxikardiya, civzəli səpgilər.

Doza həddinin aşılmasında və ya çox sürətli parenteral yeridilməsində başgillənmə, ürəkbulanma, aritmiya,

bradikardiya, qıcolmalar kimi sistem reaksiyaların əmələ gəlməsi mümkündür. 

Bu içlik-vərəqəsində qeyd olunmayan digər əlavə reaksiyaların əmələ gəlməsində dərman vasitəsinin istifadə

ləğv edilir və həkimə müraciət etmək məsləhət görülür.

Təsiredici maddələr: 2 ml məhlulun tərkibində 100 mq tiaminhidroxlorid, 100 mq piridoksin – hidroxlorid, 1 mq sianokobalamin, 20

mq lidokainhidroxlorid vardır.

Köməkçi maddələr: benzil spirtli, natrium tripolifosfat, kalium heksasianoferrat, natrium-hidroksid, inyeksiya üçün su.
 

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.