MELAZ

MELAZ

15.50 AZN
N30 tabletka
FARMAKOLOJİ QRUPU:

Farmakoloji təsiri – adaptogen, yuxugətirici, antioksidant .

Mərkəzi sinir sistemində QAYT ( qamma aminoyağ turşusu ) və serotonin orta beyin və hipotalmus

səviyyəsində miqdarını, konsentrasiyanı artırır, QAYT, dofaminin və serotonin sintezinə iştirak edən

piridoksalkinazanın aktivliyini artırır. Gün ərzində dövri şəkilində dəyişən yuxu və gümrahlıq müddətini, hərəki

aktivliyi, bədən temperaturunu tənzimləyir, beynin intellektual-düşüncə qabiliyyətinə, emosional – şəxsi

sferasına müsbət təsir edir. Bioloji ritmi təşkil edir və gecə yuxusunu normallaşdırır. Yuxunun keyfiyyətini artırır,

tutma şəkilli baş ağrılarının sayını, başgicələnməni azaldır, gündüz gümrah şəkildə oyanmaya səbəb olur,

oyandıqda əzginlik, halsızlıq halları yaratmır. Yuxugörməni daha parlaq, emosional dolğun şəkildə edir.

Orqanizmin saat deyişmələrinə qarşı uyğunlaşmasını təmin edir, stress reaksiyalarını azaldır, neyroendokrin

funksiyaları tənzimləyir. İmunostimuləedici və antioksidant xüsusiyyətə malikdir, aterosklerozun və şiş

törəmələrinin əmələ gəlməsinin qarşısını alır. Daha uzun müddətdən bəri davam edən yuxu pozuntuları zamanı

xüsusilə nəzərəçarpacaq təsir göstərmiş olur. Daxilə qəbul zamanı tez və tam şəkildə absorbsiyaya 

bağırsaqlardan sorulur ) uğrayır, hematoensefalik baryeri ( beyin toxuması – (damarlar arasında bayer )

asanlıqla keçir.

GÖSTƏRİŞLƏR:

Yuxu pozuntusu, yorğunluq, depressiv sindrom, desinxronoz.

ƏKS GÖSTƏRİŞLƏR:

Hiperhəssaslıq, xroniki böyrək çatışmazlığı, autoimmun xəstəliklər, hamiləlik, süd vermə dövrü.

ƏLAVƏ TƏSİRLƏR:

Baş ağrıları, ürəkbulanma, qusma, diareya, allergik reaksiyalar.

QARŞILIQLI TƏSİRİ:

MSS-ni ( mərkəzi sinir sistemini ) tormozlayan preparatların və beta-blokatorların təsirini gücləndirir.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMASI:

Daxilə, 1 tablet gündə 1 dəfə, axşam yatmazdan qabaq qəbul olunur.

XÜSUSİ GÖSTƏRİŞLƏRİ:

Müalicə müddətində güclü işiqlandırmış otaqda olmamağa çalışmalı.

Melatonin – 3 mq:

Köməkçi maddə: Dikalsium fosfat – 297 mq.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.