ORMİCİN 500 mg

ORMİCİN 500 mg

7.40 AZN

N3 TABLETKA

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

500 mq ORMİCİN  tabletləri aşağıdakı xəstəliklərin müalicəsi üçün istifadə olunur:

-  Yuxarı tənəffüs yolların iltihabi xəstəlikləri ( bakterial faringit/tonzilllit, sinusit, orta otit );

-  Aşağı tənəffüs yollarının iltihabi xəstəlikləri ( bakterial/bronxit, interstisial və alveolyar pnevmoniya, xroniki

bronxitin ağırlaşması );

-  Dərinin və yumşaq toxumaların iltihabi xəstəlikləri ( xroniki yerdəyişən eritema – Laym xəstəliyinin ilkin

mərhələsi, qızılyel, impetiqo, ikinci dərəcəli piodermatozlar );

-  Mədə və 12-barmaq bağırsağın Helicobacter pylori ilə əlaqəli xəstəlikləri;

-  Cinsi yolla ötürülən infeksiyaları: süzənəkli və süzənəksiz uretrit və/və ya servisit;

-  Acne vulgaris-in ağırlaşmış formaları.

ƏKS GÖSTƏRİŞLƏR:

Ormicin makroidlər qrupuna aidolan antibiotiklərə qarşı yüksək həssaslığ olan pasiyentlər üçün əks göstərişdir.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Daxilə, gündə 1 dəfə. Tabletlərin biomənimsənilməsi qida qəbulu asılı deyil.

Yuxarı və aşağı tənəffüs yollarının və yumşaq toxumların infeksiyalarında ( xroniki yerdəyişən eritema istisna

olmaqla ) 3 gün müddətində gündə 1 dəfə 500 mq ( kurs doza 1,5 q );

Xroniki yerdəyişən eritemada 5 gün müddətində gündə 1 dəfə; 1-ci gün – 1q( hər biri 500 mq olmaqla 2 tablet

), sonra, 2-ci gündən 5-ci günə qədər – 500 mq ( kurs doza 3,0 q );

Acne vulgaris: Kurs doza 6 q təşkil edir. Aşağıdakı müalicə sxemi məsləhət görülür: ilk 3 hün müddətində
gündə 1 dəfə 500 mq ( 1 tablet ) tətbiq edilir, sonrakı 9 gün ərzində həftədə 1 dəfə 500 mq-lıq 1 tablet, ikinci

həftə tabletin növbəti qəbulu əvvəlkindən 7 gün sonra olur.

Cinsi yolla ötürülən infeksiyalarda.

Kəskin ağırlaşmış uroginetal infeksiya – 1 q birdəfəlik;

Ağırlaşmış, uzun müddət davam edən orogenital infeksiya – 7 günlük intervalla üç dəfə 1 q olmaqla ( 1-7-14 ).

Kurs doza 3 q.

Mədə və 12 barmaq bağırsağın Helicobacter pylori ilə əlaqəli xəstəliklərində.

3 gün ərzində gündə 1 q ( hər biri 500 mq olmaqla 2 tablet ) antisekretor vasitələr və digər  dərman

preparatları ilə birlikdə.

Preparat böyüklər, o cümlədən yaşlı insanlar üçün tətbiq edilir. Müəyyən edilmiş dozanın yaşlı və qoca

pasientlərdə deyişdirlməsinə ehtiyac yoxdur.

Ormicin 500 mq tabletin böyüklər üçün olan dozasını kütləsi 45 kq-dan yuxarı olan uşaqlara da tətbiq etmək

olar.

ƏLAVƏ TƏSİRLƏR:

Azitromisin əksər əlavə təsirləri zəif və ya orta dərəcədə özünü büruzə verir, bu təsirlər preparatın qəbulu

dayandırıldıqdan sonra aradan qalxır. Daha tez-tez meydana çıxan əlavə təsirlər mədə-bağırsaq traktı

funksiyalarının pozulması ilə əlaqədardır ( qarında ağrı, ishal, ürəkbulanma, qusma ).

Nadir hallarda müşahidə olunan, ancaq ciddi sayılan əlavə təsirləri angionevrotik ödəmdən və xolestatik

sarılıqdan ibarətdir.

DOZA HƏDDİN AŞILMASI:

Aziotrimisinin doza həddinin aşılması hallarına dair məlumat yoxdur. Makrolid antibiotiklərin doza həddinin

aşılması tipik simptomları aşağındakılardan ibarətdir: eşitmənin itirilməsi, güclü ürəkbulanma, qusma və ishal.

Bu kimi hallarda pasientdə qusma törədilir və dərhal tibbi yardım çağırılır.

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq azitromisin dihidrat vardır.


Köməkçi maddələr: pregelatinized com starch, crospovidone, anhydrous calcium hydrogen phosphate, sodium


lauryl sulfate, magnesium stearate, hydroxypropyl methylcellulose, titanium dioxide ( E171 ), lactose and


glycerol triacetate.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.