LAVOMAKS 125 mg

LAVOMAKS 125 mg

27.01 AZN
Sarı rəngdən narıncı rəngədək yumru, örtüklü tabletlər. Tabletin nüvəsi narıncı rəngdir.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Böyüklərdə:

-  A, B, C virus hepatinin kompleks terapiyasının tərkibində;

-  Herpetik infeksiyalarının, sitomeqalovirus infeksiyalarının kompleks terapiyasının tərkibində:

-  İnfeksion-allergik və viruslu ensefalomiyelitlərin kompleks terapiyasının tərkibində;

-  Urogenetal və respirator xlamidiozun kompleks terapiyasının tərkibində, qeyri-qonokok uretritlərin kompleks

terapiyasının tərkibində;

-  Qripin və digər kəskin respirator virus infeksiyalarının müalicəsi və profilaktikası.

ƏKS GÖSTƏRİŞLƏR:

Preparata qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövrü.

18 yaşadək uşaqlar.

Saxaroza/izomaltaza çatışmazlığı, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbiyası

( preparatın tərkibində saxaroza vardır ).


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Preparatı yeməkdən sonra daxilə qəbul edirlər.

A virus hepatitinin müalicəsi üçün – birinci gün 2 dəfə 125 mq, sonra günaşırı 125 mq. Kurs dozası 1,25 q

( müalicə kursuna – 125 mq-lıq 10 tablet ).

C virus hepatit zamanı – birinci və ikinci gün 125 mq, sonra günaşırı 125 mq. Kurs dozası 2,5 q

( müalicə kursuna – 20 ədəd 125 mq-lıq tablet ).

Qripin və digər kəskin respirator virus infeksiyalarının profilaktikası üçün – 6 həftə ərzində həftədə bir dəfə 125

mq ( müalicə kursuna- 6 ədəd 125 mq-lıq tablet ).

İnfeksion-allergik və viruslu ensefalomiyelitlərin kompleks terapiyasının tərkibində - dozanı fərdi şəkildə

müəyyən edirlər, müalicə kursu 4 həftə təşkil edir.


ƏLAVƏ TƏSİRLƏR:

Allergik reaksiyalar, dispepsik hallar, qısamüddətli üşümə halları mümkündür.

DOZA HƏDDİNİN AŞILMASI:

Lovamaksin doza həddinin aşılması halları məlum deyil.

Təsiredici maddə: 1 tabletin tərkibində 125 mq tiloron dihidroxlorid vardır.

Köməkçi maddələr: maqnezium hidroksikarbonat pentahidrat, povidon, kalsium-stearat.

Örtüyük- saxaroza,povidon, kopovidon, maqnezium hidroksikarbonat pentahidrat, titan dioksid, kolloidal silisim

dioksid ( aerosil A-380 ), boya maddəsi topeolin – O, makroqol-6000, arı mumu, maye parafin, talk.

 Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.