ETADOL

ETADOL

6.74 AZN
2 ml 3 amplua
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Müxtəlif mənşəli kəskin ağrılar:

-  Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri ( xroniki revmatoid artrit, Bexterev xəstəliyi );

-  Oynaqətrafı yumşaq toxumların revmatizmi, qlumeroskapulyar periartrit;

-  Lümbaqo, bursit, sinovit, tendosinovit;

-  Mexaniki və ya degenerativ dəyişikliklər nəticəsində oynaq, onurğa xəstəlikləri ( aktiv spondiloartrit, müxtəlif

artrozlar );

-  Müxtəlif mənşəli travmalar, əzilmələr, xəsarətlər, oynaq və vətərlərin zədələnməsi;

-  Əməliyyatdan sonra iltihab və şişkinliklər;

-  menstruasiya ağrıları;


ƏKS GÖSTƏRİŞLƏR:

-  preparatın təsiredici maddəsinə ( etofenamata ) və köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək

həssaslıq;

-  QSİƏP qrupuna aid olan digər preparatlara qarşı yüksək həssaslıq;

-  Qanın hemopoetik göstəricilərinin pozğunluğu;

-  Astma, tənəffüs yollarının bronxo-obstruktiv xəstəlikləri, pollinoz, burnunun selikli qişasının xroniki iltihabı;

-  Antikoaqulyantların qəbulu;

-  Qanın laxtalanmasının pozulması;

-  Ağır qaraciyər və böyrək pozğunluğu;

-  Mədənin və 12-barmaq bağırsağın xorası;

-  Mədə və ya 12-barmaq bağırsaq qanaxması;

-  12 yaşa qədər uşaqlar;

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Etadol əzələ daxilinə dərinə gündə 1 dəfə 2 ml ( 1 ampul ) yeridilir. Lazım olarsa, 24 saatdan sonra yenə də

təkrar istifadə edilə bilər. Maksimal sutkalıq və birdəfəlik doza 1000 mq-dır.

ƏLAVƏ TƏSİRLƏRİ:

Bütün dərmanlar kimi, Etadol tərkibində olan maddələ qarşı həssas olan insanlarda əlavə təsirlər törədə bilər.

Çox yayılmış ( >1/10 ): 10 xəstənin ən azı birində müşahidə edilə bilər.

DOZA HƏDDİNİN AŞILMASI:

Doza həddinin aşılması zamanı preparatın əlavə təsirləri daha da güclənir.

Müalicəsi: spesifik antidotu yoxdur. Simtomatik müalicə aparılmalıdır.

Təsiredici maddə: hər ampulda 1000 mq etofenamat vardır.

Köməkçi maddələr: ortazəncirli triqliseridlər.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.