ETODİN FORT 400 mg

ETODİN FORT 400 mg

15.91 AZN
Uzunsov, bir üzü bölgülü, digər üzü Nobel yazılı solğun çəhrayı rəngli örtüklü tabletlər.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

ETODİN FORT aşağıdakı hallarda istifadə olunur:

-  Osteoartrit, revmatoid artrit, ankilozalıçdırıcı spondilit kimi kəskin və uzun müddət davam edən simptom və

əlamətlərin müalicəsində;

-  Kəskin və xroniki ağrının müxtəlif növlərinin müalicəsində.

ƏKS GÖSTƏRİŞLƏR:
ETODİN FORT etodolak və ya tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslığı olan xəstələrə əks

göstərişdir.

Aktiv və ya əvvəllər mövcud olmuş mədə yarası/qanaxması ( yaranın və qanaxmanın 2 və daha çox sübut

edilmiş aydın əlaməti ) olan xəstələrə QSİƏP-lər əks göstərişdir.

ETODİN FORT ciddi ürək, qaraciyər və böyrək qüsuru xəstələrdə istifadə edilməməlidir. Hamiləliyin sonuncu

trimestrində və laktasiya dövrü istifadəsi əks göstərişdir.


XÜSUSİ GÖSTƏRİŞLƏR:

Simptomları aradan qaldırmaq üçün lazım olan ən aşağı effektiv dozadan qısa müddət istifadə etməklə

arzuolunmaz əlavə təsirlərin baş verməsini minimuma endirmək olar.

ETODİN FORT-un siklooksigenaza-2-nin digər selektiv blokatorları daxil olmaqla QSİƏP-lərlə birgə

istifadəsindən qaçınılmalıdır.



İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Oral qəbul üçündür. Qida ilə və ya yeməkdən sonra qəbulu tövsiyyə olunur.

Simptomatik müalicə zamanı qıda müddət ərzində tələb olunan ən aşağı effektiv doza istifadə etməklə

arzuolunmaz təsirləri minimuma endirmək mümkündür.

DOZA HƏDDİNİN AŞILMASI:

Simptomlar: simptomlara baş ağrısı, ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrılar, MBT qanaxmaları, nadir

hallarda diareya, dezorientasiya ( müvazinətin itməsi ), oyanıqlıq, koma, yuxululuq, başgicəllənmə, qulaqlarda

küy, huşun itməsi, bəzən qıcolmalar aiddir. Ağır zəhərlənmə hallarında kəskin böyrək çatışmazlığının inkişaf

etməsi və qaraciyərin zədələnməsi mümkündür.

Təsiredici maddə: 1 tabletin tərkibində 400 mq Etodolak vardır.

Köməkçi maddələr: rəngləyici maddə kimi qırmızı dəmir oksidi ( E172 ), titan 2-oksid ( E171 ), susuz laktoza,

mikrokristallik sellüloza PH 200, natrium-kroskarmelloza ( Ac-di-sol ), kolloidal susuz ( Aerosil 200 ) silisium

4-oksid, maqnezium-stearat, povidon ( PVP K30, polivilpirrolidon ).

 
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.