ROZULİP 20 MG

ROZULİP 20 MG

18.86 AZN
5 mq-lıq örtüklü Rozulip tabletləri:

Ağ və ya ağ rənginə yaxın, yumru, ikitərəfli cüzi qabarıq, demək olar ki iysiz, örtüklü tabletlər; tabletin bir tərəfini

üzərində”E” hərf şəkilində nişanı, digər tərəfində isə - 593 nömrə şəkilində nişanı vardır.

20 mq-lıq örtüklü Rozulip tabletləri:

Ağ və ya ağ rənginə yaxın, yumru, ikitərəfli cüzi qabarıq, demək olar ki iysiz, örtüklü tabletlər; tabletin bir tərəfini

üzərində”E” hərf şəkilində nişanı, digər tərəfində isə - 593 nömrə şəkilində nişanı vardır.

40 mq-lıq örtüklü Rozulip tabletləri:

Ağ və ya ağ rənginə yaxın, yumru, ikitərəfli cüzi qabarıq, demək olar ki iysiz, örtüklü tabletlər; tabletin bir tərəfini

üzərində”E” hərf şəkilində nişanı, digər tərəfində isə - 593 nömrə şəkilində nişanı vardır.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-  Qanda xolesterinin yüksək səviyyəsi, çünki bu miokard infraktının və insultun əmələ gəlməsinə ilkin şərait

yaradır.

Qanda xolesterinin səviyyəsinin azalması üçün pəhrizin deyişilməsi və fiziki aktivliyin azalması kifayət qədər

olmadığı hallarda Sizə statinin qəbulu tövsiyə olunub. Rozulip preparatı ilə müalicə zamanı qanda xolesterinin

səviyyəsini azaldan pəhrizə riayət etmək və fiziki saxlamaq məsləhət görülür.

ƏKS GÖSTƏRİŞLƏR:

Aşağıda göstərilən hallarda və xəstəliklərdə Rozulip preparatı istifadə olunmur:

-  əgər sizdə Rozulip preparatının təsiredici maddəsinə ( rozuvastatin ) və ya köməkçi maddələrdən hər hansı

birinə qarşı yüksək həssaslıq ( allergiya ) varsa;

-  hamiləlik və ya laktasiya dövrü. Əgər, Rozulip preparatı ilə müalicə zamanı hamiləlik baş verərsə, preparatın

qəbulu dərhal ləğv olunur və həkimə müraciət etmək məsləhət görülür. Rozulip qəbul edən qadınlara

hamiləlikdən çekinmək və etibarlı kontraseptiv vasitələr istifadə etmək lazımdır;

-  əgər sizdə qaraciyər xəstəlikləri varsa;

-  əgər sizdə böyrək funksiyasının ağır pozulmaları varsa;

-  əgər sizdə qeyri-aydın mənşəli şiddətlənən əzələ ağrıları varsa;

-  əgər siz siklosporin adlanan preparat qəbul edirsinizsə ( bu preparat immun cavabı zəiflədir, məsələn

orqanların transplantasiyasından sonra istifadə edilir ).

əgər yuxarıda göstərilən hallardan hər hansı biri sizə aiddirsə ( və ya olması sizdə şübhə doğurursa ), müalicə

həkiminizə müraciət edin.

UŞAQLAR VƏ 18 YAŞA QƏDƏR YENİYETMƏLƏR:

-  10 yaşa qədər uşaqlar: Rozulip preparatın pərdə ilə örtülmüş tabletlərini 10 yaşa qədər uşaqlarda istifadə

etmək olmaz;

-  Uşaqlar və 18 yaşa qədər yeniyetmələr: Rozulip preparatın pərdə ilə örtülmüş tabletlərini 40 mq dozalarla

uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə istifadə etmək olmaz.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Daxilə qəbul üçün preparat.

Tablet bütöv şəkilində su ilə udulmalıdır.

Rezulip gündə 1 dəfə qəbul edilir, qidanın qəbulundan asılı olamdan və sutkanın hər bir vaxtında.

Sutkalıq dozanı qaçırmamaq üçün preparatı hər gün mümkün qədər eyni vaxtda qəbul edin.

Rozulip hər zaman həkimin göstərişi üzrə qəbul olunmalıdır. Əgər, sizdə dozalanma ilə bağlı hər hansı bir şübhə

yaranarsa, həkiminizə və ya əczaçıya müraciət edin.

Rozulip preparatı ilə müalicə zamanı tərkibində xolesterinin aşağı səviyyəsi ilə standart pəhrizə riayət etmək və

fiziki aktivliyi saxlamaq məsləhət görülür.

DOZALANMA REJİMİ:

Böyüklər üçün tövsiyə edilən dozalar. Əgər siz Rozulip örtüklü tabletlərini xolesterinin yüksək səviyyəsi ilə bağlı

qəbul edirsinizsə:

Başlanğıc doza.

Rozulip preparatla müalicə 5 mq və ya 10 mq dozalarla başlanır, hətta əgər siz digər statinləri böyük dozalarla

qəbul etmisiniz. Başlanğıc dozanın seçimi aşağıdakı hallardan asılıdır:

-  Qanda xolesterinin səviyyəsindən;

-  Miokard infraktının və insultun əmələ gəlməsi riskinin dərəcəsindən;

-  Əlavə effektlərin əmələ gəlməsinə meyilliyi göstərən amillərdən.

Rozulip preparatının optimal başlanğıc dozasını seçmək üçün həkimlə və ya əczaçı ilə məsləhətləşin.

Aşağıdakı hallarda həkim Rozulip preparatının minimal dozasını təyin edə bilər ( 5 mq ):

-  70 yaşdan yuxarı insanlarla;

-  Asiyalılara ( yaponiyalı, çinli, filipinli, vyetnamlı, koreyalı ya hindli );

-  Böyrək funksiyasının mülayim pozulmalarında;

-  Əzələ ağrıların əmələ gəlməsinin riski olduqda ( miopatiya ).

Təsiredici maddə: hər örtüklü tabletin tərkibində 5 mq, 10 mq, 20 mq və 40 mq rozuvastatin vardır.

Köməkçi maddələr: laktoza monohidrat, povidon, krospovidon, maqnezium stearat, polivinil spirti, titan 4-oksid,

makroqol 3350, talk.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.