NOOFEDİN

NOOFEDİN

20.40 AZN
100 ml sirop
FARMOKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Noofedin – qidaya bioloji fəal əlavə olub qamma amino fenil yağ turşusu ilə vitamin B6-nın ideal

kombinasiyasıdır, sinir toxumasının təbii komponentləridir. Baş beyindəki proseslərə neyrorequləedici təsir

göstəriri, yüngül sedativ və serebrotonok effektlərə malikdir.

Qamma amino fenil yağ turşusu ( GABPA ) – MSS-də və QAYT-ergik reseptorlara təsir göstərərək, ötürücülüyü

yaxşılaşdırır. Baş beyində bionergetik prosesləri yaxşılaşdırır, yuxugətirici və neyroleptik dərman vasitələrinin

effektivliyini artırır. Əqli iş qabiliyyətini, yaddaşı, diqqəti, sensor və motor reaksiyalarını dəqiqliyini artırır.

Asteniya zamanı maraq və motivasiyanı artırır, nistaqmın davam etmə müddətini və ağırlığını azaldır.

Vitamin B6 ( piridoksin hidroxlorid ) - əzələlərdə, zülal mübadiləsində və digər biokimyəvi proseslərdə iştirak

edir, immuniteti gücləndirir. Amin-transferaza fermentinin kofermentidir. Qlutamin turşusunun QAYT-a

çevrilməsində iştirak edir. QAYT-ın endogen sintezi aktivləşdirir, qlisin, serotoninin sintezi üçün vacibdir.

GÖSTƏRİŞLƏRİ:

Bioloji fəal əlavə olan Noofedin aşağıdakı xəstəliklərin profilaktikasında köməkçi vasitə olaraq istifadə oluna

bilər:

-  Astenik və nevrotik, gərgin vəziyyətlər;

-  Narahatçılıq, qorxu və fobiyalar;

-  Yuxusuzluq və yuxu pozğunluğu;

-  Tiklər və kəkələmələr, nistaqm;

-  Vestibulyar aparatın disfunksiyalarını ilə bağlı başgicələnmələri, Menyer xəstəliyi;

ƏKS GÖSTƏRİŞLƏR:

Komponentlərə qarşı həssaslıq.

DOZALANMASI:

0-1 yaş: 2.5 ml gündə 2-3 dəfə;

1-3 yaş: 5 ml gündə 2-3 dəfə;

3-15 yaş: 7.5 ml gündə 2-3 dəfə;

>15 yaş və böyüklərdə: 10 ml gündə 2-3 dəfə yeməkdən əvvəl istifadə olunmur.

Hər 5 ml-də:

Qamma amino fenil yağ turşusu – 100 mq;

Vitamin B6 – 1.5 mq.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.