NİVALİN

NİVALİN

9.60 AZN
Girdə formalı yastı tabletlər, iki tərəfində faskalı və bölmə xətti vardır, ağ rəngdən demək olar ki, ağ rəngə qədər

rəngli, 6 mm diametrli, iysizdir.

Tabletləri iki bərabər hissəyə bölmək olar.
 

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Zəifdən mötədilədək ağırlıqda ifadə olunmuş alsheymer tipli demensiyanın müalicəsi zamanı, periferik sinir

sisteminin hərəki pozğunluqlarla bağlı ( poliradikulonevritlər, radikulonevritlər, nevritlər, polinevritlər,

polineyropatiyalar ) xəstəliklərinin, əzələ zəifliyinin ( miasteniya qravis ), proqressiv əzələ distrofiyasının,

polimielitin, uşaq serebral iflicinin müalicəsində istifadə olunur.

ƏKS GÖSTƏRİŞLƏR:

-  əgər sizdə aktiv maddə qalantaminə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı allergiya

( yüksək həssaslıq ) varsa;

-  əgər sizdə bronxial astma ( bronxların spazmı ilə müşayiət olunan ağ ciyər xəstəliyi ) varsa;

-  əgər sizin nəbziniz yavaş vurursa və ya sizdə ürək keçiriciliyinin pozğunluğu ( qulacıq-mədəcik blokadası )

varsa;

-  ürəyin işəmik xəstəliyi ( ürək əzələsinin qan təchizatının pozulması ) və ya ağır ürək çatışmazlığı

( ürəyin funksional pozğunluğu ) kimi xəstəliklərdə;

-  epilepsiya zamanı;

-  yüksəlmiş hərəki aktivlik zamanı;

-  ağır böyrək və ya qaraciyər çatışmazlığı zamanı.

DOZA HƏDDİNİN AŞILMASI:

Ürəkbulanma, qusma, qarında sancıyabənzər spazmlar, diareya, qan təzyiqinin azalması, ürək ritminin

tezliyinin azalması, tənəffüsün çətinləşməsi, ağızsuyu ifrazının artması, gözyaşı ifrazının artması, daha ağır

hallarda – qıcolmalar və koma mümkündür. Belə simptomlar meydana çıxarsa, müalicə həkiminə və ya müalicə

müassisəsinə müraciət edin.

 
5 mq-lıq tabletlər:

Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq qalantamin hidrobromid vardır.

Köməkçi maddələr: laktoza, monohidrat, buğda nişastası, talk, maqnezium-stearat, mikrokristallik sellüloza

( tip 101 ), kalsium-dihidrofosfat dihidrat.

10 mq-lıq tabletlər:

Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq qalantamin hidrobromid vardır.

Köməkçi maddələr: laktoza, monohidrat, buğda nişastası, talk, maqnezium-stearat, mikrokristallik sellüloza

( tip 101 ), kalsium-dihidrofosfat dihidrat.

 
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.