FERAPİN

FERAPİN

19.70 AZN
200 ml sirop
FARMOKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Ferapin – kombinə olunmuş təbii antianemik preparatdır. Çuğundur şirəsi tərkibi dəmir, yod, mis və çoxsaylı

vitaminlərlə ( B12, fol turşusu və s. ) zəngin olduğundan sümük iliyinə stimuləedici təsir göstərir, hemopoezi

sürətləndirməklə qanyaradıcı effekt göstərir. Bundan başaqa metabolik prosesləri stimulə edir. Buna görə də

çuğundur şirəsi müxtəlif mənşəli anemiyaların, ateroskleroz və ürək-damar xəstəliklərinin müalicəsində geniş

istifadə olunur. C vitamini dəmirin biomənimsənilməsini aktivləşdirir. E vitamini eritrositlərin membranına

stabilləşdirici təsir göstərməklə onların parçalanmasının qarşısın alır. Arı südü və propolis amin turşularlazəngin

olduğundan hemoqlobinin zülal hissəsinin sintezində işrirak edir. Ferpain təbii olduöu üçün yeməkdən asılı

olmadan və uzun müddətli təyin oluna bilər. Yan təsir ( ağızdan pis iyin gəlməsi, ürəkbulanma, diareya,

dişlərdə qaralma və s. ) vermir. Hamilələrdə istifadə zamanı dölün qaraciyərinə təsir göstərmir.

GÖSTƏRİŞLƏR:

-  Müxtəlif mənşəli anemiyalar;

-  Dəmirə təlabatın artdığı dövr: intensiv inkişaf, hamiləlik və laktasiya, infeksion xəstəliklər, dieta və s.;

-  Qanaxma nəticəsində yaranan anemiyalar: cərrahi əməliyyatdan sonra, doğuş və aborotdan sonra, burun

qanaxmaları;

-  Mədə-bağırsaq xəstəlikləri.

ƏKS GÖSTƏRİŞLƏR:

İndividual həssaslığın olması, hemolitik anemiya.

DOZALANMA VƏ İSTİFADƏ QAYDASI:

5 yaşa qədər uşaqlar: 1 çay qaşığı gündə 1 dəfə;

5 yaşdan yuxarı uşaqlar: 1 xörək qaşığı gündə 1 dəfə;

Böyüklər və hamilələr: 1 xörək qaşığı gündə 2 dəfə.

Preparat yeməkdən əvvəl və ya sonra 2-3 ay müddətində qəbul olunur.

İstifadədən əvvəl flakonu çalxalamaq lazımdır.

Hər 30 ml siropun tərkibinə daxildir:

Əsas maddələr:

Qatılaşdırılmış çuğundur şirəsi...........6800 mq;

Çuğundur şirəsi..................................6400 mq;

Arı südü................................................440 mq;

Propolis ekstraktı...................................40 mq;

Bal.......................................................26,8 mq;

Vitamin A...........................................1600 mq;

Vitamin C.............................................160 mq;

Vitamin E..............................................24 mq;

Köməkçi maddələr: natrium benzoat, kalium sorbat, su.

FARMAKOLOJİ QRUPU:

Təbii antianemik preparat.

 
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.