L-FLOXİNE 750 MG

L-FLOXİNE 750 MG

18.00 AZN
N7 tabletka
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-  Burunətrafı ciblərin bakteriyalar tərəfindən törədilən iltihabı ( sinusitlər );

-  Xroniki bronxitin kəskinləşməsi;

-  Xəstəxanadankənar pnevmoniya;

-  Böyrəklərin və sidik yolların iltihabi daxil olmaqla böyrək və sidik yolların ağırlaşmış infeksiyaları

( pielonefritlər );

-  Prostat vəzinin iltihabi.

Dəri və dəri strukturlarının infeksiyaları: Abses ( toxumalarda irinin toplanması ), sellülitlər, furunkullar,

impetiqo ( dərinin səthi infeksion mikrob infeksiyası ), piodermit ( irinli dəri infeksiyası ), yara infeksiyası kimi

dərinin və dəri törəmələrinin mürəkkəbləşməyən infeksiyaları Qarayaranın ağciyər forması.

ƏKS GÖSTƏRİŞLƏR:

-  Levoflokasinə və ya digər köməkçi komponentlərə qarşı və ya digər flüorxinolonlara ( moksifloksasin,

siprofloksasin, ofloksasin ) qarşı hiperhəssaslıq. Allergik reaksiyalara qaşınma, ödəm, tənəffüs problemləri,

dodaqların, üzün, udlaq və ya dilin şişməsi aiddir.

-  Epilepsiya;

-  Əgər sizdə flüorxinolonların qəbulu ilə əlaqədar vətər xəstəliklər olubsa;

-  Hamiləlik;

-  Laktasiya dövrü;

-  Uşaqlar və yenitemələrdı istifadə.

Böyüyən orqanizmdə qığırdaqların zədələnməsi riski olduğu üçün uşaqlarda, yeniyetmələrdə, hamiləlik və

laktasiya dövründə istifadə olunmamalıdır.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Göstəriş
Gündəlik doza ( infeksiyanın olaraq ) ağırlığından asılı
Müalicə müddəti
Kəskin sinusit ( kəllə sümüklərində hava ilə dolu ciblərin iltihabi )
500 mq Gündə bir dəfə
10-14 gün
Xronik bronxitin kəskinləşməsi
Gündə bir dəfə 250-500 mq
7-10 gün
Xəstəxanadan xaric pnevmoniya
Gündə bir və ya iki dəfə 500 mq
7-14 gün
Pielonefrit daxil olmaqla sidik yollarının ağırlaşmış infeksiyalı ( sidik yolları və böyrəklərin iltihabi )
Gündə bir dəfə 250 mq
7-10 gün
Dəri və dəri törəmələrin iltihabi
Gündə bir dəfə 250 mq və ya Gündə bir və ya iki dəfə 500 mq
7-14 gün
Xronik bakterial prostatit ( Prostatm iltibai )
Gündə bir dəfə 500 mq
28 gün
Qarayaranın ağciyər forması
Gündə bir dəfə 500 mq
8 həftə


DOZA HƏDDİNİN AŞILMASI:

Lazım olduğundan artıq dozada L-floksin qəbul etdikdə həkimə və ya əczaçıya məlumat verin. Doza həddinin

aşılması əlamətlərinə huşun pozulması, başgicəllənmə və konvulsiv qıcolmalar kimi mərkəzi sinir sistemi

simptomları, QT-intervalın uzanması və ürəkbulanma aiddir.

Təsiredici maddə: hər bir örtüklü tabletin tərkibində 750 mq levofloksasinə ekvivalent 768,69 mq levofloksasin

hemihidrat vardır.

Köməkçi maddələr: krospovidon, hidroksipropil metilsellüloza, mikrokristallik sellüloza, natrium stearil fumarat.

Örtük: ( Opadry YS-1-18027 Ağ ): hidroksipropil metilsellüloza, titan 4-oksid polietilenqlikol, polisorbat 80.
 

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.