Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

CİLOX 400 N10

13.91 AZN
SİLOKS 400 CİLOX 400
İSİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Siloks həssas mikroorqanizmlərin törətdiyi aşağıdakı infeksiyalar üçün göstərişdir.

1) yuxarı və aşağı sidik yollarının infeksiyaları;

2) aşağı tənəffüs yollarının infeksiyaları;

3) ağırlaşmamış uretral və servikal süzənək;

4) qeyri-qonokokk uretrit və servisit.

ƏKS GÖSTƏRİŞLƏR:

Siloks 4-flüoroxinolon qrupu antibakterial preparatlara qarşı yüksək həssaslığı olan pasiyentlərə əks-göstərişdir.

Qlükoza-6-fosfat dehidrogenazanın aktivliyində gizli və ya aşkar çatışmamazlıqlar olan xəstələr xinolon qrupu

antibakterial maddələrlə müalicə zamanı hemolitik reaksiyalara meylli ola bilərlər.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Aşağı sidik yollarının infeksiyaları: gündə 200-400 mq;

Yuxarı sidik yollarınımn infeksiyaları: gündə 200-400 mq, əgər lazım gələrsə, gündə iki dəfə 400 mq-a qədər

artırmaq olar;

Aşağı tənəffüs yollarının infeksiyaları: gündə 200-400 mq, lazım gələrsə, gündə iki dəfə 400 mq;

Ağırlaşmış uretral və servikal süzənək: 400 mq birdəfəlik dozada;

Qeyri-qonokokk uretrik və sevisit: gündə 400 mq birdəfəlik və ya bölünmüş dozalarda;

Böyrək çatışmamazlığı: kreatinin klinersi 20-50 ml/dəq olduqda doza gündə 100-200 mq-a qədər

azaldılmalıdır.


ƏLAVƏ TƏSİRLƏR:

Flüorxinolonlarla müalicə zamanı nadir hallarda vətərlərin ( məsələn Axilles vətərinin ) iltihabı və yırtığı baş

verə bilər. Belə hallar xüsusilə kortikosteroidlərlə olunan xəstələrdə müşahidə edilmişdir. Vətərlərin iltihabi

əlamətləri meydana çıxarsa, müalicə dayandırılmalı və zədələnmiş vətər üçün müvafiq tədbirlər görülməlidir.

DOZA HƏDDİNİN AŞILMASI:

Siloksun doza həddinin kəskin aşılması baş verərsə, mədə qusma törədilməklə və ya yuyulmaqla boşalmalıdır.

Dəstəkləyici və simtomatik müalicə aparılmalı və xəstə ciddi nəzarət altına alınmalıdır. Lazımi hidratasiya

saxlanılmalıdır, belə ki, Oflokaskin hemodializ və ya peritoneal dializ vasitəsilə orqanizmdən tam təmizlənmir

və bu prosedurlarla bədəndən xaric olmasına əmin olmaq olmaz.

 
Təsiredici maddə: 1 örtüklü tabletin tərkibində 200 və ya 400 mq ofloksasin vardır.

Köməkçi maddələr: povidon, mikrokristallik sellüloza, natrium nişasta qlikolyatı, kollidal, silisium 4-oksid,

maqnezium-stearat, talk.