MEQAFER

MEQAFER

8.26 AZN
Antianemik preparat/peroral qəbul üçün dəmir ( III ) preparatı.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-  Latent gedişli dəmir çatışmamazlığı və dəmir çatışmazlığı anemiyanın körpələrdə, kiçik yaşlı uşaqlarda

müalicəsi;

-  Hamiləlik dövründə, laktasiya, intensiv böyümə dövründə, qadınlarda, böyüklərdə dəmirə qarşı yüksəlmiş

təlabatın müalicəsi ( məsələn, vegeterian, yaşlı adamlarda MBT-dan əmirin sorulmasının pozulması );

Hamiləlik dövründə dəmir çatışmazlığının müalicəsi zamanı fol turşusu qəbul zəruridir.

ƏKS GÖSTƏRİŞLƏR:

-  Orqanizmdə dəmir artıqlığı ( hemoxromatoz, hemosideroz, xroniki hemoliz );

-  Dəmirə və preparatın komponentlərinə qarşı hiperhəssaslıq;

-  Dəmiriin utilizasiya mexanizmlərinin pozulması ( qurğuşun anemiyası, sidroaxrestik anemiya ) və

talassemiya;

-  Dəmir çatışmazlığı ilə əlaqədar olmayan anemiyalar ( hemolitik, meqaloblastik, B12 vitamini çatışmazlığı ilə

əlaqədar olan anemiyalar ).

XÜSUSİ GÖSTƏRİŞLƏR:

Mədə xorası və ya bağırsaq xorası olan xəstələrdə təyin olunarkən ehtiyatlı olmaq lazımdır. Daxilə qəbul zamanı

nəcisin tünd rəngdə boyanması baş verir ki, bu da heç bir kliniki əhəmiyyət daşımır və nəcisdə gizli

qanaxmanın aşkarlanmasına dəlalət etmir.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Preparatın dozalanması fərdi olaraq orqanizmdə dəmir şatışmamazlığına uyğun olur. Megafer preparatı şərbət

formasında yemək zamanı və ya yeməkdən sonra qəbul olunur.

Sutkalıq dozadan ibarətdir:

-  Uşaqlarda: gündə 1-2 dəfə 1 ölçü qaşığı ( 5-10 ml = 50-100 mq );

-  Böyüklərdə: gündə 2-3 dəfə 1 ölçü qaşığı ( 10-15 = 100-150 mq ).

ƏLAVƏ TƏSİRLƏRİ:

Megafer adətən yaxşı mənimsəniliri, əlavə təsirləri azdır, tez bir zamanda keçib gedəndir.

MBT tərəfdən nadir hallarda müşahidə olunan reaksiyalar:

-  Epiqastral nahiyədə ağrı;

-  Ürəkbulanma və ya qusma;

-  Köpmə və ya diareya.

DOZA HƏDDİNİN AŞILMASI:

Dozadan artıq sorulma nadir hallarda ola bilər. Dəmir çatışmazlığı anemiyanın qeyri düzgün diaqnozu dəmirlə

yüksəlməyə səbəb ola bilər. Dəmirlə zəhərlənmə zamanı desferroksamin və ya etilendiamin tetrasirkə

turşusunun EDTA kalisum dinatrium duzu təyin olunur.

Desferroksamin ( xelat agent ) teratogen xüsusiyyətlərə malikdir.

 
Şərbət ( 1 ölçü qaşığı ) təşkil olunub:

Təsiredici maddə: 5 ml-də 50 mq elementar dəmirə ekvivalent miqdarda vardır.

Köməkçi maddələr: şəkər, 70% sorbitol, metilparaben, probilparaben, essensiya, təmizlənmi su.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.