NEO LYSİN B

NEO LYSİN B

16.40 AZN
120 ml sirop
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏR:

Vitamin B1 ( tiamin hidroxlorid ) – orqanizmdə fosfolaşma prosesləri hesabına kokarboksilazaya çevrilir ki, o da

bir çox fermentlərin kofermentidir. Vitamin B1 sinaplaslara impulsların ötürülməsinə vacib rol oynayır.

Orqanizmin müxtəlif funksiyalarına aktiv təsir göstərməklə, maddələr mübadiləsində iştirak edir və sinir-

reflektor tənzimləmədə iştirak edir. Bir çox patoloji proseslərdə müsbət effekt göstərir.

Vitamin B6 ( piridoksin hidroxlorid ) – maddələr mübadiləsində mühüm rol oynayır. Vitamin B6, mərkəzi və

perifirik sinir sisteminin normal fəaliyyəti üçün vacib komponentdir. Piridoksin histamin, vitamin B12 və fol

turşusu mübadiləsində mühüm rol daşıyır, o cümlədən yağ mübadiləsində də yaxından iştirak edir. Piridoksin,

aterosklerozda lipid mübadiləsini yaxşılaşdırır.


GÖSTƏRİŞLƏR:

İştahsızlıq;

Boy artımının ləngiməsi;

Anemiya;

İmmunitetin zəifləməsi;

İnfeksion xəstəliklər ( kompleks müalicədə );

Xroniki yorğunluq sindromu;

Müxtəlif etioloqiyalı stress vəziyyəti ( kompleks müalicədə ).

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq.

ƏLAVƏ TƏSİRLƏR:


Nadir hallarda allergik reaksiyalar, qaşınma.

DOZALANMASI:

12 yaşa qədər uşaqlarda: 5 ml gündə 1 dəfə;

12 yaşdan yuxarı uşaqlarda və böyüklərdə: 5 ml gündə 2 dəfə.

5 ml suspenziyada:

Tiamin hidroxlorid – 4,16 mq;

Piridoksin hidroxlorid – 1,00 mq;

Sianokobalamin – 8,33 mkq;

Riboflavin – 1,66 mq;

Lizin monohidroxlorid – 33,33 mq;

İnozit – 5,00 mq;

Nikotinamid – 18,00 mq;

Kalsium D pantotent – 2,5 mq;

Askorbin turşusu – 75,00 mq;

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.