RENİSAN

RENİSAN

16.70 AZN
N30 kapsula
FARMAKOLOJİ QRUPU:

İltihabəleyhinə, uroseptik, diuretik.


FARMOKOLOJİ TƏSİRİ:

Quşüzümü bitkisinin ekstraktı – təbii sidikqovucu, iltihabəleyhinə təsirə malik, sistit, uretrit və pielonefrit

zamanı yardımcı vasitədir. Tərkibində olan proantosianozidlər sidik yollarında antiadheziv təsir göstərərək

bakteriyaların sidik yollarının divarlarına yapışmasının ( adheziyasının ) qarşısını alır. Hidroxinon sidik ifrazını

gücləndirirərək diurezi artırır. Onun təsiri on illərlə sınaqdan çıxarılmışdır və təsdiq olunmuşdur ki, quşüzümü

ekstraktı sidiyin turşuluğunu tədricən artıraraq, bakteriyalar tərəfindən zədələnmiş orqanizmin bərpasına imkan

yaradır.


GÖSTƏRİŞLƏRİ:

Sidik yollarının kəskin və xroniki infeksiyalarının kompleks müalicəsi ( pielonefrit, sistit, uretrit ), o cümlədən

şəkərli diabet xəstələrində;

Böyrək daşı xəstəliyinin kompleks müalicəsi;

Simptomsuz bakteriuriya;

Hamiləlik zamanı sidik yollarının infeksiyaları.

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın hər hansı komponentinə qarşı fərdi həssaslıq.

DOZALANMASI VƏ QƏBUL QAYDASI:

 1 tabletdən gündə 2-3 dəfə yeməkdən sonra və ya yemək vaxtı kifayət qədər maye ilə.


DİGƏR DƏRMAN PREPARATLARI İLƏ YANAŞI İSTİFADƏSİ:


Antibiotiklərin təsir effektini gücləndirir.


ƏLAVƏ TƏSİRLƏRİ:

Qeyd olunmayıb.
Quşüzümü – 300 mg;

Ayıqulağı – 150 mg;

Vitamin C – 60 mg;

Cəfəri – 100 mg;

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək.

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.