OFFDOL GEL 100 ml

OFFDOL GEL 100 ml

14.50 AZN
100 ml  gel
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Evkalipt efir yağı – güclü fitonsid təsirə malikdir. Tərkibində bir çox aktiv komponentlər ( sineol, aldehid,

orqanik turşular, flavonoidlər ) vardır. Evkalipt efir yağı tərkibindəki sineolun hesabına ağrıkəsici,

iltihabəleyhinə, antiseptik və regenerasiyaedici xüsusiyyətlərə malikdir.

Kəkəlik üzümünün yarpaqlarının efir yağı – kəklik üzümünün yarpaqları metilsalisilat ( 98% ), formaldehid,

qaulterilin ilə zəngin olduğu üçün güclü ağrıkəsici,iltihabəleyhinə və revmatizməleyhinə təsir göstərir.

Qərənfil efir yağı - əsas komponenti evqenoldur ( 85% ). Həmçinin tərkibində asetilevqenol, kariofillen, vanilin

kimi maddələr var. Qərənfil efir yağı tonuslandırıcı xüsusiyyətə malik olub, dəridə qan dövranını və maddələr

mübadiləsini yaxşılaşdırır. Zədələnmələr zamanı ağrıkəsici və iltihabəleyhinə vasitə kimi istifadə olunur.

Şam ağacının efir yağı – tərkibi pinen, silvestren, kadinen, terpinol və qətran turşuları ilə zəngindir. Miozit,

nevralgiya, osteoxondroz, artrit zamanı şam ağacının efir yağı ağrıkəsici təsir göstərir, periferik qan dövranını

yaxşılaşdırır. Ödemi aradan qaldırır.

Limon efiri yağı – ağrıkəsici, antiseptik, iltihabəleyhinə təsirlərə malikdir. Zədələnmiş kapilyarları bərpa edir,

fiziki gərginliklərdən sonra və revmatizm zamanı əmələ gələn əzələ ağrılarını aradan qaldırır.

Ağ söyüd qabığının ekstraktı – ağrıkəsici, iltihabəleyhinə, antioksidant, regenerasiyaedici xüsusiyyətləri var.

Ekstrakt oynaqlarda olan şişkinlik, qızartı, istilik hissi və qidalı maddələrlə təminatını yaxşılaşdırır.

Dağ arnikasının ekstraktı – iltihanəleyhinə, ağrıkəsici və sağaldıcı xüsusiyyətlərə malikdir. Tərkibində qanın

mikrosirkulyasiyasını və dərinin qidalanmasını yaxşılaşdırır bioloji aktiv maddələr var. Epidermisə dərin nüfuz

edərək qan dövranını yaxşılaşdırır və şişkinliyi aradan qaldırır.

Mentol – iltihabəleyhinə, yerli ağrıkəsici və sərinləşdirici təsirlərə malikdir.


İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-  Yumşaq toxumaların və oynaqların zədələnməsi;

-  Revmatik ağrılar;

-  Artrit, artroz;

-  Nevralgiya, lumbaqo, işias;

-  Osteoxondroz;

-  Zədə və dartılmalar;

-  İdman zədələnmələri.

İSTİFADƏ QAYDASI:

Gün ərzində 2-4 dəfə quru, təmiz və tamlığı pozulmayan dəri səthinə sütülür. İstifadədən sonra əllərinizi sabun

və su ilə yuyun.

ƏKS GÖSTƏRİŞLƏR:

Gelin hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.

Evkalipt efir yağı, kəklik üzümünün yarpaqların efir yağı, şam ağacı efir yağı, limon efir yağı, ağ söyüd qabığının

ekstraktı, dağ arnikasının ekstraktı, alkoqol, mentol, su, PEG-400 gənəgərçək yağı, karbomer, trietanolamin,

kamfora, natrium EDTA.



Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.