DONAFLEX 400 mq

DONAFLEX 400 mq

20.83 AZN
ampula
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Birincili və ikincili artrozlar, osteoxondroz, spondilioz, diz qapağının xondromalyasiyası, kürək-çiyin

peroartritləri.

XƏBƏRDARLIQ:

Uşaqlarda və yaşlılarda istifadəsinə dair kliniki tədqiqatlar yoxdur.

ƏKS GÖSTƏRİŞLƏR:

Qlükozaminə qarşı fərdi hiperhəssaslıq, hamiləlik, fenilketonuriya zamanı preparatın istifadəsi əks göstərişdir.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ:

Hamiləlik zamanı preparatın istifadəsi əks göstərişdir.

Yenidoğulmuşlarda təhlükəsizliyi ilə bağlı məlumatlar olmadığından, preparatın laktasoya dövründə istifadəsi

məsləhət görülmür.

DİGƏR DƏRMANLARLA QARŞILIQLI TƏSİRİ:

Preparatın oral istifadəsi tetrasklinin mədə-bağırsaq traktından absorbsiyasını sürətləndirə və penisillin və

xloramfenikolun miqdarı azalda bilər. Analgetiklərlə və qeyri-steroid iltihabəleyhinə vasitələrlə birgə istifadə

üçün məhdudiyyət yoxdur.

ƏLAVƏ TƏSİRLƏR:

Hal hazırki dövrədək heç biri əlavə təsvir edilməyib.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

A ampulundakı ( kəhrəba rəngli şüşə ) maye B ampulundakı ( şəffaf şüşə ) maye ilə eyni şprisə çəkilməlidir.

Həkim başqa cür təyin etməyibsə, hər dəfə iki ampul olmaqla həftədə iki dəfə əzələdaxili inyeksiya şəkilində

yeridilməlidir. Müalicə müddəti: 4-6 həftə.

ANTAQONİSTLƏR Ə ANTİDOTLAR:

Antaqonisti və andtidotu yoxdur.

DOZA HƏDDİNİN AŞILMASI:

Doza həddinin aşılması hallarında dərhal ən yaxın xəstəxanaya müraciət olunmalıdır.
İnyeksiya üçün məhlulu

Təsiredici maddə: ampul A: 1 ampulda 400 mq qlükozamin sulfat.

Köməkçi maddələr: lidokaid hidroxlorid, natrium-xlorid, inyeksiya üçün su.

Ampul B ( həlledici ): dietanolamin, inyeksiya üçün su.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.