MELBEK AMPULA 1,5 ML

MELBEK AMPULA 1,5 ML

2.39 AZN
N3 ampula
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Melbek osteoartrit, artritlər və ankilozlaşdırıcı spondlitin simptomatik müalicəsi üçün təyin olunur.

ƏKS GÖSTƏRİŞLƏR:

Melbek aşağıdakı hallarda əks göstərişdir:

-  Hamiləlik;

-  Uşaqlar və 18 yaşından aşağı yeniyetmələr;

-  Meloksikama və ya tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq, digər QSİƏP-lərə, o cümlədən

aspirinə qarşı yüksək həssaslıq. Aspirin və digər QSİƏP-lərin təyinindən sonra astma, burunda polip,

angionevrotik ödem və ya övrə əlamətləri meydana çıxmış xəstələrdə Meloksikam verilməməlidir;

-  Anamnezdə QSİƏP-lərlə müalicə ilə bağlı mədə-bağırsaq qanaxması və perforasiyası olanlar;

-  Peptik yaralar/aktiv qanaxma və ya anamnezdə qanaxmanın təkrarlanması

( yara və qanaxmanın iki və daha çox aydın əlaməti varsa );

-  Ağır qaraciyər çatışmazlığı;

-  Ağır böyrək çatırşmazlığı;

-  Mədə-bağırsaq qanaxması, anamnezində serbrovaskulyar və ya digər qanaxmaların mövcudluğu;

-  Ağır ürək çatışmazlığı.

Melbek-ın həmçinin, ürəyin şunatlama əməliyyatı dövründə ağrıların müalicəsi üçün istifadəsi əks göstərişdir.

PEDİATRİYADA İSTİFADƏSİ:

18 yaşdan kiçik şəxlərdə Melbek ampulunun təhlükəsizliyi və effektivliyi haqqında kifayət qədər məlumat

yoxdur.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Melbek ampullar üçün tövsiyə olunan maksimal gündəlik doza 15 mq təşkil edir.

Ağır böyrək çatışmazlığı olan dializ xəstələrində gündəlik doza 7,5 mq-dan yüksək olmamalıdır.

Melbek ampul 2 və 3 gün müddətində istifadə olunmalıdır, zəruri hallarda xəstənin sonradan preparatın peroral

formasında ( daxilə qəbul olunan ) keçirilməsi tövsiyə olunur.

Yaşlılar və əlavə reaksiyalara yüksək risk faktorları olan xəstələr.

Revmatoid artrit və Bexterev xəstəliyinin uzunmüddətli müalicəsi zamanı yaşlı xəstələrə sutkada 7,5 mq

dozada təyin olunması məsləhətdir. Əlavə reaskiyalara yüksək risk faktorları olan xəstələr müalicəyə gündəlik

7,5 mq doza ilə başlanmalıdırlar.

DOZA HƏDDİNİN AŞILMASI:

Meloksikamın doza həddinin aşılması təcrübəsi məhduddur. Adətən letargiya, yuxululuq,ürəkbulanma, qusma,

qarın nahiyəsində ağrıya bənzər QSİƏP-lərlə diza həddinin kəskin aşılması simptomları dəstəkləyici terapevtik

tədbirlərin həyata keçirilməsi zamanı geriyədönən olur.

QSİƏP-lərlə bağlı doza həddinin aşılması simptomatik və köməkçi müalicə ilə aradan qaldırmalıdır.

Klinik sınıqlar zamanı müəyyən olunub ki, xolesteraminin 4 q dozada, sutkada 3 dəfə peroral verilməsi

Meloksikamın orqanizmdən xaric olmasını sürətləndirir.

Təsiredici maddə: 1,5 ml ( 1 ampul ) məhlulun tərkibində 15 m Meloksikam vardır.

Köməkçi maddələr: meqlümin, qlikofurol, polaksamer 188, qlisin, natrium-xlorid, 1 mol natrium hidroksid və ya 1

mol xlorid turşusu, inyeksiya üçün su.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.