BİOGİNCO

BİOGİNCO

19.00 AZN
150 ML SİROP
GÖSTƏRİŞLƏR:

-  Yuxu pozğunluğu;

-  Kəllədaxili təzyiqin artması;

-  Uşaqlarda qorxu, əsəbilik, həyacan, stress;

-  Hiperaktivlilik ( SS-nın oyanıqlığı ilə bağlı olan );

-  Sinir-reflektor oyanıqlığın yüksəlməsi sindiromu ilə müşayiət olunan sinir sisteminin perintal zədələnməsi;

-  Beyin qan dövranının pozğunluğu;

-  Müxtəlif mənşəli nevrotik və nevroza bənzər sindiromlar;

-  Uşaqlarda əqli pozğunluğun terapiyası;

-  NSD ( neyro sirkulyator distoniya );

-  Yaddaş, qavrama, diqqət zəifliyi;

-  Hərəki və nitq qabiliyyətinin zəifliyi.


FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Melissa – tərkibindəki sitrolenol və monoterpenaldehidləri, flavonoidlər, polifenolbirləşmələri,

monoterpenqlikozidləri hesabına sakitləşdirici təsir göstərərək orqanizm gərginliyini azaldır.

Passiflora – sakitləşdirici təsirə malikdir. Oyanıqlığı, gərginliyi, arterial təzyiqi və əzələ spazmını azaldır, yuxunu

normallaşdırır və qıcolma əleyhinə təsir göstərir.

Koliforniya laləsi – sakitləşdirici, yuxugətirici, spazmolitik, ağrıkəsici təsir göstərir, həyəcan və qorxu hissini

azaldır.

Yemişan – MSS-nın qan dövranını yaxşıldırır, fiziki və zehni yorğunluğu aradan qaldırır, mərkəzi sinir sisteminin

qıcıqlanmasını azaldır, beyinin damarlarından qan dövranını gücləndirir, yuxunu yaxşılaşdırır.

Pişikotu – insan orqanizminə çox şaxəli təsir göstərir. MSS-nin oyanıqlığı azaldır. Beyin qabığında

tormozlanmanı stimullaşdırır, koronar qan dövranını yaxşılaşdırır və həmçinin birbaşa miokarda təsir edərək

ürək fəaliyyətini tənzimləyir.

Ginkqo-biloba – qanın rioloji xüsusiyyətlərini və mikrosirkulyasiyanı yaxşılaşdırır. Antioksidant təsir edərək

hüceyrələrin fosfolipid menbiranlarını zədələnmədən qoruyur. Sinir impulslarının qəbul edilməsini və

ötürulməsini normallaşdırır. Periferik toxumalarda, əsasən baş beyində ödem əleyhinə təsir edir, beyin qan

dövranını tənzimləyir.

Maqnezium – orqanizmdə gedən fermentativ proseslərdə iştirak edir. Sinir və əzələ sisteminin normal fəaliyyəti

üçün vacibdir.

Vitamin B6 – mərkəzi və periferik sinir sisteminə müsbət təsir göstərir. Sinir sisteminin sturukturunu bərpa

edir. MSS-də oyanma və tormozlanma prosesləri arasında optimal balans yaradır.


ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın tərkib komponentlərindən birinə qarşı yüksək həssaslıq.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Həkim başqa cür təyinat verməzsə, BioGinco aşağıda göstərilən dozada yeməkdən qabaq daxilə qəbul edilir:

-  0-1 yaş – 5 ml-dən gündə 1 dəfə;

-  1-3 yaş – 5 ml-dən gündə 2 dəfə;

-  3 yaşdan yuxarı – 10 ml-dən gündə 2 dəfə.


ƏLAVƏ TƏSİRLƏR:

Müşahidə edilməmişdir.

Hər 5 ml siropun tərkibinə daxildir:

Ginkqo-biloba...............................38.3mq;

Koliforniyalalesi...........................41.6 mq;

Melissaofficinalis.........................98.3 mq;

Passiflora.....................................51.5mq;

Yemişan.......................................48.5mq;

Pişikotu........................................31.6mq;

Maqnezium..................................18.3mq;

Vitamin B6.....................................1.6mq;


Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.