Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

LEBEMAX

26.60 AZN
LEBEMAX
B VİTAMİNLƏRİN XÜSUSİYYƏTLƏRİ:

-  Sinir sisteminin normal funskiyasını tənzimləyir;

-  Psixoloji funksiyaları normallaşdırır;

-  Yorğunluq hissini azaldır;

-  Energetik metabolizmanı normallaşdırır;

B12 vitamini, sinir toxumasının regenerasiyasında mühüm olan aktiv koferment – folat poliqlütamatın

sintezində iştirak edir. Fol turşusu aktivləşdirməklə hemoqlobinin sintezi ( hemopoezi ) stimulə edir.

Leykositlərin aktivliyini artırmaqla orqanizmin immun müdafiəsini gücləndirir.


GÖSTƏRİŞLƏRİ:

Uşaqlarda fiziki və əqli inkişafın pozulmaları;

Mərkəzi və periferik sinir sistemi xəstəlikləri;

İştahanın pozulması;

Yenidoğulmuşların hipoksiyası, yarımçıq doğulma, doğuş travması;

Miopatiyalar;

Piylənmə;

Hipoksiya ilə müşayiət olunan ürək qüsurları, aritmiyalar, kardiomiopatiya;

Beyin qan dövranı pozulmaları, dissikulyator ensefalopatiyalar, baş beynin travmatik və toksik zədələnmələri,

nevrasteniyalar;

Nevroz, neyropatiyalar.

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq.

QƏBUL QAYDASI:

0-6 ay, 10 damcı gündə 1 dəfə;

6 ay-1 yaş, 20 damcı gündə 1 dəfə;

1-4 yaş, 20 damcı gündə 2 dəfə;

Müalicə müddəti 1 ay təşkil edir.

 
L-karnitin.......................100 mq;

İnositol..........................100 mq;

B1 vitamini.................1,056 mq;

B2 vitamini.................1,344 mq;

B5 vitamini.....................1,5 mq;

B6 vitamini.................1,344 mq;

B12 vitamini......................1 mq;

L-sitrulin..........................32 mq;

L-glutamin.......................20 mq.

Köməkçi maddələr:

Deiyonizə su..................1,409556 ml;

Potasium sorbat......................32 mq.