MOKSİKUM 250 ml

MOKSİKUM 250 ml

34.40 AZN
Yaşımtıl-sarı rəngli, içərisində görünən hissəciklər olmayan şəffaf məhlul.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-  Kəskin sinusit;

-  Xroniki bronxitin kəskinləşməsi;

-  Xəstəxanadan kənar pnevmoniya;

-  Dərinin və yumşaq toxumların ağırlaşmış və ağırlaşmış infeksiyalar ( o cümlədən inyeksiyalaşmış diabetik

pəncə );

-  Ağırlaşmış qarındaxili infeksiyalar, o cümlədən polimikrob infeksiyalar ( abessləşmə kimi );

-  Kiçik çanaq orqanlarının ağırlaşmamış iltihabi xəstəlikləri ( o cümlədən salpingitlər və endometritlər ).

ƏKS GÖSTƏRİŞLƏR:

-  Preparatların komponentlərinə qarşı yüksək həssaslıq;

-  Hamiləlik;

-  Laktasiya dövrü ( ana südü ilə qidalandırma );

-  Uşaqlar və 18 yaşa qədər yeniyetmələr.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Preparat venadaxili infuziya şəkilində yeridilir. Tövsiyə olunan doza – gündə 1 dəfə 400 mq-dır. Müalicə

müddəti infeksiyanın ağırlığı ilə və klinik effektlə müəyyən edilir.

Müalicə müddəti:

-  Kəskin sinusit zamanı – 7 gün;

-  Xroniki bronxitin kəskinləşməsi zamanı – 5 gün;

-  Xəstəxanadan kənar pnevmoniya zamanı preparatla pilləli terapiyanın ümumi davametmə müddəti

( v/d yeridilmə və sonra daxilə qəbul etməklə ) 7-14 gün təşkil edir;

-  Dərinin və yumşaq toxumların ağırlaşmamış infeksiyalar zamanı – 7 gün;

-  Dərinin və yumşaq toxumların ağırlaşmamış infeksiyalar zamanı

( v/d yeridilmə və sonra daxilə qəbul etməklə ) – 5-14 gün;

-  Kiçik çanaq orqanlarının ağırlaşmamış iltihabi xəstəlikləri ( o cümlədən salpingitlər və endometritlər ) zamanı

– 14 gün.

ƏLAVƏ TƏSİRLƏRİ:

Moksikum adətən orqanizm tərəfindən yaxşı mənimsənilir, əlavə təsirlərin əksəriyyəti yüngül və ya orta

dərəcəli olur.

Hiss orqanlarına: tez-tez dadbilmənin dəyişməsi;

Tənəffüs sisteminə: nadir-taxikardiya, arterial təzyiqin yüksəlməsi, ürəkdöyünmə, sinədə ağrı, QT-intervalının

uzanması;

Dayaq-hərəkət aparatına: nadir-artralgiya, mialgiya;

Sidik-cinsiyyət sisteminə: nadir-vaginal kandidoz, vaginit;

Allergik reaksiyalar: nadir-səpgi, qaşınma;

Digər: nadir-kandidoz, ümumi diskomfort, tərləmə.

DOZA HƏDDİNİN AŞILMASI:

Moksikum birdəfəlik 1200 mq-a qədər dozalarda və 600 mq çoxsaylı dozalarda 10 gün ərzində istifadəsi hər

hansı əlavə təsirlərlə müşayiət olunmamışdır.

Müalicə: doza həddinin aşılması zamanı klinik mənzərəyə uyğun olaraq, EKQ-nin monitorinqi ilə simptomatik

dəstəkləyici terapiya aparmaq lazımdır. Preparatla doza həddinin aşılması zamanı aktivləşdirilmiş kömürün

istifadəsi olduqca az əhəmiyyət daşıyır.

Təsiredici maddə: 250 ml infuziya üçün məhlulun tərkibində 400 mq moksifloksasin ( moksifloksasin hidroxlorid

şəkilində ).

Köməkçi maddələr: natrium-xlorid, natrium-hidroksid, xlorid turşusu, inyeksiya üçün su.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.