URONORM

URONORM

17.20 AZN
N 60 kapsula
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Uronorm iltihabəleyhinə və spazmolitik təsir göstərən preparatdır. Tərkibinə daxil olan bitki mənşəli aktiv

komponentlər kompleks təsir göstərərək, sidikçıxarıcı yolların spazmını götürür, iltihabın qarşısını alır.

Qızıl çətir bitkisinin tərkibi henicianin adlı alkoloid, flavonoidlər, efir yağları, fitosterinlər, üzvü turşular və

askorbin turşusu ilə zəngindir. Antiseptik, iltihabəleyhinə, yüngül işlədici, ödqovucu, ağrıkəsici, spazmolitik,

hepatoprotektor təsiri var. Böyrək kapilliyarların keçiriciliyini azaldır, diuretik effekt verir. Böyrəklərin xroniki

xəstəliklərində - pielonefrit, qlomerilonefrit, intersitsial nefritlərdə müsbət kliniki effekt verir.

Dağ kərəvüzü bir sıra mikroelemnetlər, vitaminlər, efir yağları, kalium duzları ilə zəngindir. İltihab əleyhinə

regenerasiya edici xassəyə malikdir. Sidik qovucu, tonuslandırıcı təsir göstərir. Bağırsaqların peristaltikasını

artığına görə, qəbizlikdə və mədə-bağırsaq traktın iltihabı xəstəliklərində də istifadə olunur.

Rozmarin bitkisi sineol, kamfora, borneol, limonen və s. efir yağları ilə zəngindir.

Antioksidant və gücl immunostimulyatordur. Qan-damar sisteminə və sinir sisteminə tonuslandırıcı təsir

göstərir. Həmçinin iltihabəleyhinə, ödqovucu, regenerasiya edici təsirə də malikdir.

GÖSTƏRİŞLƏRİ:

Sidik-cinsiyyət sisteminin kəskin və xroniki iltihabi xəstəlikləri: uretrit, sistit, pielonefrit və s. böyrək və sidik

kisəsi daşlarının profilaktikası; Nefrotik sindrom.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

Gündə 1-3 həb.yeməkdən sonra su ilə daxilə qəbul edilir.

ƏLAVƏ TƏSİRLƏRİ:

Nadir hallarda allergik reaksiyalar, mədə-bağırsaq traktında diskomfort halı, dispeptik əlamətlər müşahidə

oluna bilər.

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq.

Hər tabletdə

Qızıl çətir bitkisinin ekstraktı – 54 mq;

Dağ kərəvüzü kökünün ekstraktı – 54 mq;

Rozmarin yarpaqlarının ekstraktı – 54 mq.

Köməkçi maddələr: laktoza, natrium sitrat, kalsium karbonat, şəkər, sorbitol, nişasta, qida rəngləndirici, Polivinil

pirrolidon, Poliviol, Titanium dioksid, Talk, Polyethilen qlicol, Magnezium stearat, Silisium dioksid.

 
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.