FAKTAZİDİM 500 MG

FAKTAZİDİM 500 MG

5.90 AZN
Ağ və ya sarımtıl rəngli kristallik toz.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Preparata qarşı həssas mikroorqanizmlər tərəfindən törədilmiş infeksion-iltihabi xəstəliklər:

-  Meningit;

-  Peritonit;

-  Sepsis ( septisemiya );

-  Ağır irinli-septik vəziyyətlər;

-  Sümük və oynaqların infeksiyaları ( septik artrit, osteomielit, bakterial bursit );

-  Aşağı tənəffüs yollarının infeksiyaları ( kəskin və xroniki bronxit, infeksiyalaşmış bronxoektaziyalar,

pnevmoniya, ağciyərbsesi, plevranın empieması );

-  Sidikçıxarıcı yolların infeksiyaları ( kəskin və xroniki pielonefrit, pielit, prostatit, sistit, uretrit, böyrək absesi

);

-  Dəri və yumşaq toxumaların infeksiyaları ( mastit, yara infeskiyaları, fleqmona, qızıl yel, infeksiyalaşmış

yanıqlar );

-  MBT, qarın boşluğu və öd yollarının infeksiyaları ( enterokolit, peritonarxası abseslər, divetikulit, xolesistit,

xolangit, öd kisəsinin empieması );

-  Qulaq, boğaz və burun infeksiyaları ( orta qulağın otiti, sinusit, mastoidit ).

ƏKS GÖSTƏRİŞLƏR:

Preparata və ya digər sefalosporinlərə və ya beta-laktam qrupuna aid olan antibiotiklərə

( penisillinlər, monobaktamlar, karbapenemlər ) qarşı yüksək həssaslıq.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Ə/d ( böyük əzələlərə yeridilməlidir ) və ya v/d ( şırınqa və ya damcı üsuslu ilə ) yeridilir. Preparatın dozası

xəstəliyin ağırlıq dərəcəsi, infeksiya yerinin lokalizasiyası və törədicinin həssaslığı, pasiyentin yaş və bədən

çəkisi, böyrəklərin funskiyası nəzərə alınmaqla fərdi qaydada müəyyən edilir.

Kreatinin klinersi
Doza
>50 ml/dəq ( 0.83 ml/san )
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulmuş adi dozalar
31-50 ml/dəq ( 0.52-0.83 ml/san )
1 q hər 12 saatdan bir
16-30 ml/dəq ( 0.27-0.50 ml/san )
1 q hər 24 saatdan bir
6-15 ml/dəq ( 0.10-0.25 ml/san )
500 mq hər 24 saatdan bir
<5 ml/dəq ( 0.08 ml/san )
500 mq hər 48 saatdan bir
Hemodializ aparılan pasiyentlər
1 q hər hemodializ seansından sonra
Peritoneal dializ aparılan pasiyentlər
500 mq hər 24 saatdan bir

12 yaşadək uşaqlar:

2 ayadək uşaqlar – v/d infuziya 30 mq/kq/sut ( gündə 2 dəfə istifadə olunur );

2 aydan 12 yaşadək uşaqlar – v/d infuziya 30-50 mq/kq/sut ( gündə 3 dəfə istifadə olunur ).

Doza
Ə/d istifadə zamanı həlledicinin həcmi
V/d istifadə zamanı həlledicinin həcmi
0.5 q
1,5 ml inyeksiya üçün su
5 ml inyeksiya üçün su
1 q
3 ml inyeksiya üçün su
10 ml inyeksiya üçün su


ƏLAVƏ TƏSİRLƏRİ:

Allergik reaksiyalar: övrə, üşütmə və ya qızdırma, səpki, qaşınma; nadir hallarda – bronxospazm, eozinofiliya,

Stivens-Conson sindromu, toksik epidermal nekroliz ( Layell sindromu ), angionevrotik ödem, anafilaktik şok.

Qanyaradıcı sistemə: böyrəklərin funskiyasını pozulması ( azotemiya, hiperkreatininemiya, qanda sidik

cövhərinin miqdarının artması ), oliquriya, anuriya, toksik nefropatiya, kəskin böyrək çatışmazlığı.

Digər: burun qanaxmaları, kandidoz, superinfeksiya.


DOZA HƏDDİNİN AŞILMASI:

Simptomlar: başgicəllənməsi, parestenziyalar, başağrıları, qıcolma tutmaları, laborator analizlərin nəticələrində

normadan kənarçıxarmalar ensefalopatiya, koma.

Müalicə: simptomatik və köməkçi terapiya aparılmalıdır. Spesefik antidotu yoxdur. Ağır doza həddinin aşılmaları

zamanı konservativ terapiyanın effekti olmadıqda, preparatın qanda qatılığı hemodializ vasitəsi ilə azaldıla bilər.

Təsiredici maddə: 1 flakonda 500 mq seftazidim ( 682 mq seftazidim-pentahidrat duzu şəkilində ) və ya 1 q

seftazidim ( 1164 mq seftazidim-penhidrat duzu şəkilində ) vardır.

Köməkçi maddələr: susuz natrium-karbonat.

Həlledici: hər vir ampulda 5 ml və ya 10 ml inyeksiya üçün su vardır.

 
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.