KENALOQ 40 MQ

KENALOQ 40 MQ

16.54 AZN
İçərisində praktiki olaraq hissəciklər və aqlomeratlar olmayan, zəif benzil spirti iyinə malik ağ rəngdə suspenziya.
 
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Kenaloq 40 – triamsinolon asetonidin uzunmüddətli təsirə malik, sistem və yerli istifadə üçün sulu

suspenziyasıdır. Bu, iltihabəleyhinə, immunsupressiv, qaşınma əleyhinə və allergiya əleyhinə təsirlər göstərən

sintetik kortikosteroiddir. Preparat arterial hipertenziya əmələ gətirmir. Onun hipofizə dəfədci təsiri həmin

dozalarda digər kortikosteroidlərə nisbətən bir qədər zəifdir.

Triamsinolon asetonid, aşağıdakı hallarda tövsiyə olunur:

Endokrin xəstəliklər:

Kortikosteroidlər böyrəküstü vəzilərin birincili və ikincili çatışmazlığı, kongenital hiperplaziya, xərçəng xəstəliyi

ilə əlaqədar olan hiperkalsiemiya, irinsiz trieodit və Addion xəstəliyi zamanı tövsiyə olunur.

Mədə-bağırsaq xəstəlikləri:

Kortikosteroidlər regionar enteritin ( Kron xəstəliyi ) və xoralı kolitin kəskinləşmələrinin terapiyası üçün

göstərişdir.

Respirator xəstəliklər:

Kortikosteroidlər aspirasion pnevmoniya, berillioz, Leffer sindromu, sarkoidoz və disseminasiya olunmuş

vərəmin müalicəsində istifadə edilir.


ƏKS GÖSTƏRİŞLƏR:

Triamsinolona və ya preparatın istənilən digər komponentinə qarşı hiperhəssaslıq.

Kortikosteroidlər sistem göbələk infeksiyaları zamanı əks göstərişdir.

Əzələ daxilinə yeridilən kortikosteroidlər idiopatik trombositopenik purpura zamanı əks göstərişdir.

Diabet:

Kortikosteroidlərlə terapiya zamanı xəstəliyin gedişi üzərində nəzarət çətinləşə bilər.

Osteoporoz:

Kortikosteroidlərlə uzun müddətli terapiya zamanı, xüsusilə də yaşlı xəstələrdə, onurğanın kompression

zədələnməsi təhlükəsinin meydana çıxmasına qədər osteoporozu əlamətləri güclənə bilər.

Psixoz:

Anamnezində paranoye və depressiya olan xəstələrdə bu preparatın qəbulu susid riskini artıra bilər.

Toxuma reparasiyası:

Təzə bağırsaq anamstomozları olan xəstələr üçün toxuma reparasiyasının yavaşıması əhəmiyyətli ola bilər.

Kortikosteroidlərin yerli istifadəsi əks göstərişdir ( nisbətən ):

-  İmpetiqo, dərinin trixofitiyası və sadə herpes kimi zədələnmələri zamanı;

-  Yenidoğulmuşlarda;

-  Adi sızanaqlar zamanı;

-  Rozaseya zamanı;

-  Trofik xoralar zamanı.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Ketanoloq 40 preparatını vena daxilinə təyin etmək olmaz!

Əzələ daxilinə yeridilmə:

Kenaloq 40 əzələdaxilinə 40-80 mq dozada təyin edilir.

Böyüklər və 12 yaşdan böyük uşaqlar üçün tövsiyə olunan başlanğıc doza 40 mq-dır.

Ehtiyac olduqda, birdəfəlik doza 100-120 mq-a qədər artırıla bilər.

6-12 yaşlı uşaqlar üçün tövsiyə olunan başlanğıc doza 1-7 gün fasilə ilə 0,03-0,2 mq/kq-dır.

Kenaloq 40 preparatının əzələdaxilinə yeridilməsi çox zaman başlanğıc peroral terapiyanı əvəz edə bilər.

ƏLAVƏ TƏSİRLƏR:

İltihabəleyhinə və immun supressiv təsir: həssaslığın və infeksiyaların ağırlıq dərəcəsinin artması və

opportunist infeksiyalar kliniki simptom və təzahürlərinin supressiyası, vərəmin residiv verməsi.

Hiperhəssaslıq reaskiyaları: anafilaktoid reaksiya, o cümlədən anafilaktik şok, angionevrotik ödem, səpgi,

qaşınma və övrə, xüsusilə da anamnezdə dərman allergiyası olduqda.

Mədə-bağırsaq traktında: dispepsiya, mədə və onikibarmaq bağırsağın xorası, pankreatit, qarında şişkinlik,

xoralı ezofagit, kandidoz.

DOZA HƏDDİNİN AŞILMASI:

Kortikosteroidlərin doza həddinin kəskin aşılması nəticəsində doza həddinin kəskin aşılması və ya ölüm

haqqında bəzi məlumatlar vardır.

Simptomlar: adətən preparatın yalnız çox yüksək dozalarının bir neçə həftə qəbulundan sona baş verən doza

həddinin aşılması əlavə effektlərə ( əsasən, Kuşinq sindromuna səbəb ola bilər.

Müalicə: dəstəkləyici və simptomatik.

Spesifik antidot yoxdur. Hemodializ triamsinolonun orqanizmdən xaric olmasının əhəmiyyətli dərəcədə

sürətlənməsinə gətirib çıxarmır.

Təsiredici maddə: 1 ml suspenziyanın tərkibində 40 mq triamsinolon asetonid vardır.

Köməkçi maddələr: natrium karmelloza, natrium xlorid, benzil spirti, polisorbat 80, inyeksiya üçün su.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.