Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

CALZİN-D

23.10 AZN
CALZİN D
FARMAKOLOJİ TƏSİRİ:

Bu dörd maddənin kombinasiyası çox vacibdir, çünki kalsium-maqnezium, sink və D3 vitamini olmadan sümük

toxumasına keçə bilmir, analoji olaraq, sinkin dəri və saçlara təsiri kalsium və maqneziumla sıx bağlıdır.

Kalsium – skelet sisteminin formalaşmasında əsas rol oynayır, orqanizmdəki kalsiumun 99%-i burda toplanır.

Qalan 1%-i isə qanın laxtalanması, sinir impulslarının örtürülməsi və yaranması, əzələ liftlərinin yığılması,

fermentativ sistemin və bir sıra hormonların aktivləşməsi üçün vacibdir. Kalsium möhkəm sümüklər və dişlərin

formalaşması üçün vacibdir. Bundan əlavə, sinir impulslarının örtülməsində iştirak edir, xolesterin səviyyəsini

azaldır, ürək-damar xəstəliklərin profilaktikası, qanın laxtalanması və xərçəng xəstəliyinin profilaktikası üçün

vacibdir, orqanizmi enerji ilə təmin edir, RNT və DNT zülallarının sintezində iştirak edir, antiallergik ( histamin

ifrazını tormozlayır, allergik reaskiyaların, ağrı sindromunun və iltihab proseslərinin əlamətlərini azaldır )

xüsusiyyətlərə malikdir. Antistress xüsusiyyəti vardır.

Maqnezium – kalsium mənimsənilməsini təmin edir. Ürək-damar xəstəliklərinin profilaktikasında faydalıdır,

osteoporozu, xolesterinin səviyyəsini azaldır, hamilələrdə doğuş tutmalarının və vaxtından əvvəl doğuşların

qarşısını alır. Maqnezium B6 vitamini ilə bitgə böyrək daşlarının əmələ gəlməsini azaldır və daşların əriməsini

təmin edir. Maqnezium stressəleyhinə, sedativ, yuxu tənzimləyici təsirlərə malikdir. Qanın reoloji

xüsusiyyətlərini normallaşdırır, sümük toxumasının strukturunu bərpa edir, qlükozanın səviyyəsini tənzimləyir.

Menstrual sikli normallaşdırır, böyrək daşların əmələ gəlməsinin qarşısını alır, beyin metabolizmini yaxşılaşdırır.

Sink – sümük yaranması üçün vacibdir, prostat və reproduktiv orqanların normal funksiyasını təmin edir. Piy

vəzilərinin funksiyasını tənzimləyir. Zülal sintezi və kollegen əmələ gəlməsi üçün vacibdir. İmmun sistemin

qoruyucu funskiyasını artırır, yaraların sağaılmasını sürətləndirir. İnsulinin və digər həyati vacib fermentlərin

tərkib komponenti sayılır. Sərbəst radikalların əmələ gəlməsinin qarşısını alır.

D3 vitamini – kalsium absorbsiyası üçün olduqca vacibdir.

GÖSTƏRİŞLƏRİ:

-  Osteoporoz, osteoartroz ( osteoartrit ) və ostexondroz, sınıqlar, raxit;

-  Mərkəzi sinir sisteminin funksiyalarının tənzimlənməsi: depressiya, xroniki yorğunluq, həyəcanlıq,

yuxusuzluq, diqqətin pozulması, hiperaktivlik, miqren, baş ağrıları, gərginlik;

-  Allergik xəstəliklər;

-  Dəri sağlamlığının yaxşılaşdırılması üçün və dəri xəstəlikləri zamanı ( ekzema, psoriaz, seboreyalı dermatit,

frunkulyoz );

-  Ürək-damar sisteminin möhkəmləndirilməsi: hipertoniya, ateroskleroz, ÜİX ( stenokardiya ) aritmiya;

-  Predmenstrual sindrom, klimakterik sindrom, dismenorreya, hipoqalaktiya, erkən toksikozlar, fibroz-kistoz

mastopatiya;

-  Görmə funskiyasının yaxşılaşdırılması, gecə görməsinin pozulması, katarakta, torlu qişada sarı ləkənin

degenerasiyası, retinopatiya;

-  İmpotensiya – erektil funskiyasının və libidonun zəifləməsi, prostat vəzinin hiperplaziyası.

DOZALANMA VƏ QƏBUL QAYDASI:

1-2 tabletdən gündə bir dəfə, 12 yaşdan kiçik uşaqlar 1 tabletdən gündə bir dəfə.

Kalsium ( Kalsium karbonat ) – 400 mq;

Maqnezium ( Maqnezium oksid ) – 150 mq;

Sink ( Sink qlükonat ) – 5 mq;

D3 vitamini ( Xolekalsiferol ) – 5 mkq.

Köməkçi maddələr: sellüloza, polivinilpirrolidon, natrium kroskarmelloza, Opadry white, maqnezium stearat,

silisium dioksid.

FARMAKOLOJİ QRUPU:

D3 vitamini ilə kombinə olunmuş mineral kompleksi.