MAXİMUNO

MAXİMUNO

22.00 AZN
N30 tabletka
FARMAKOLOJİ QRUPU:

İmmunomodulyator.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Maximuno preparatının tərkibində olan effektiv komponentlər immun sisteminin möhkəmlənməsinə təsir

göstərərək orqanizmi infeksion xəstəliklərdən qorumağa kömək edir.

Beta – qlukan – orqanizmin müxtəlif xəstəliklərə qarşı müqavimətini artıran təbii komponent olub, antibakterial

preparatların kliniki effektivliyini artırır. İmmunomodulyator təsir göstərir, makrofaq və T-limfositlərin

fəaliyyətini stimullaşdırır, sitokinlər ( TNF – tumor necrosis factor ) və T-limfosidtlərin sintezini artırır-hüceyrə

immunitetini stimullaşdırır. İnterferonun sintezini stimullaşdırır-humoral immunitetin formalaşmasında vacib rol

oynayır. Onkoprotektor, radioproteksion təsirlər göstərir. Karbohidratların assimilyasiyasını azaldır, toxumların

insulinə qarşı həssaslığını, maddələr mübadiləsini yaxşılaşdırır, qlukozanın səviyyəsini aşağı salır.

Exinaseya – immun mexanizmləri aktivləşdirir, orqanizmin infeksiyalara qarşı davamlığını artırır. Bundan əlavə

bu bitki virusəleyhinə, antioksidant, iltihanəleyhinə ( lipooksigeneza və tsiklooksigenazanı ingibə etməklə )

təsir göstərir. Exinaseya bir çox bakterial və virus infeksiyalarının, şiş və autoimmun xəstəliklərin müalicəsinə

müsbət təsir göstərir. Bu səbəbdən exinaseya böyrəklər, sidik yolları və sidik kisəsi iltihabları zamanı köməkçi

müalicəvi vasitə kimi istifadə olunur. Exinaseya təbii “antibiotik”dir. Bu bitki orqanizmdə ziyanlı mikrobların

çoxalmasının qarşısını almaq qabiliyyətinə malikdir. Exinaseya toxumaların bərpasını sürətləndirir və bu

səbəbdən yaraların, dəridə səpgilərin, furunkulların müalicəsində istifadə olunur.

Vitamin C – güclü antioksidant və antiaqreqant təsirə malikdir. Oksidləşmə-reduksiya proseslərində,

karbohidrat mübadiləsində, toxumların regenerasiyasında iştirak edir, orqanizmin infeskiyalara qarşı

davamlığını artırır, damar keçiriciliyini zəiflədir. Dəmir, fol turşusu, histamin, karbohidratların ultizasiyası, lipid,

zülal, karnitin sintezi, immun reaksiyalarda iştirak edir.

Vitamin E – antioksidant təsiri ilə yanaşı, immun sistemidə stimulə edir. Lipidlərin peroksidləşməsinin qarşısını

alır, kapillyar, mitoxondrial və lizosomal membranları sabitləşdirir. Hüceyrə quruluşunu qoruyur, eritositlərin

müqavimətini yüksəldir, trombosit aqresiyasının qarşısını alır, orqanizmi ətraf mühitin zərərli təsirlərindən

qoruyur. Qan dövranını yaxşılaşdırmaqla toxumların regenerasiyasında iştirak edir. Tokoferol qanın

laxtalanmasının qarşısını almaqla periferik qan dövranını yaxşılaşdırır. Həmin, zülalların və qonadotropinin

biosintezində iştirak edir. Vitamin E-nin avitaminozu kişilərdə toxum kisəsi epitelisin dəyişilməsinə səbəb olur.


GÖSTƏRİŞLƏRİ:

-  Zəifləmiş immuniteti stimullaşdırılması; ( o cümlədən hamiləlik zamanı );

-  Virus, bakteriya, göbələk və parazitlər mənşəli infeksion xəstəliklərin zamanı;

-  Yuxarı tənəffüs orqanlarının iltihabı-infeksion xəstəlikləri ( bronxit, pnevmoniya, faringit, sinusitlər, stomatit,

gingivit );

-  Sidik cinsiyyət sisteminin kəskin və xroniki infeskiyaların müalicəsi və profilaktikası; sistit, pielonefrit,

qlomerulonefrit, prostatit, orxit, epididimit, kolpit, salpingit, salpinooforit;

-  Onkoloji xəstəliklər zamanı əməliyyatönü, əməliyyat zamanı, əməliyyat sonra radio və kimyəviterapiya ilə

müalicənin effektliyinin artması məqsədi ilə;

-  Diabetli xəstələrdə oksidativ stressin və immunitetin zəifləməsinin qarşısını almaq məqsədi ilə.

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın hər hansı komponentinə qarşı həssaslıq.

QƏBUL QAYDASI:

1 kapsul gündə 2 dəfə yeməkdən əvvəl.
Beta qlukan – 250 mq;

Exinaseya – 100 mq;

Vitamin E – 65 mq;

Vitamin C ( Askorbin turşusu ) – 50 mq;

Sink – 20 mq;

Selen – 200 mkg.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.