CEFECT 1 q

CEFECT 1 q

44.98 AZN
Ağ-açıq kristallik toz. Həlledicidə həll edildikdə alınan məhlul rəngsiz və şəffaf olur.
FARMAKOLOJİ QRUPU:

Antimikrob dərman vasitəsi. Sefalosporin qrupu antibiotiki.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

SEFEKT ( sefraksion ) aşağıdakı infeksiyaların müalicəsində istifadə olunur:

-  Tənəffüs yollarının infeksiyaları ( bronxitlər və sətəlcəm );

-  Boğaz, burun və qulaq infeksiyaları;

-  Böyrək və sidik qovucu yolların infeksiyaları;

-  Meningit;

-  Cərrahi əməliyyatdan qabaq infeksiyaların profilaktikası;

-  Sümük və oynaq infeksiyaları;

-  Dərinin və yumşaq toxumaların infeksiyaları, yara infeksiyaları;

-  Qarın boşluğu infeksiyaları, perotonit, xolesistit, xolanqit;

-  Cinsiyyət sisteminin infeksiyaları, o cümlədən süzənək;

Preparat həmçinin immun çatışmazlığı olan xəstələrdə infeksiyaların müalicəsi üçün istifadə olunur.

ƏKS GÖSTƏRİŞLƏR:

Anemnezdə preparata qarşı allergiya.

Anamnezdə sefalosporin qrupu antibiotiklərinə qarşı hiperhəssaslıq.

Anamnezdə penisillin qrupu antibiotiklərinə qarşı hiperhəssaslıq.

Yerli anasetiklərə ( lidokain ) qarşı hiperhəssaslıq.


XÜSUSİ GÖSTƏRİŞLƏR:

Müalicədən qabaq, rezistent bakteriyaların manifestasiyasının qarşısını almaq üçün preparata qarşı həssaslıq

yoxlanılmalıdır. Başqa sefalosporinlərin qəbulu zamanı olduğu kimi, seftriaksonun da qəbulu zamanı şokun

yaranma ehtimalı ola bilər. Anafilaktik şok zamanı vena daxili adrenalin yeridilməli, sonra isə qlükokortikoid

vurlumalıdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Yetkin insanlar və 12 yaşdan yuxarı uşaqlar: adi gündəlik doza – gündə 1 dəfə 1-2 q, əzələ və ya veyna

daxilinə yeridilir. İnfeksiyanın növündən və ağırlığından asılı olaraq gündəlik doza 4 q-a qədər artırıla bilər.

Yenidoğulmuşlar ( yaşı 14 günlüyə qədər ): adi gündəlik doza – 25-50 mq/kq gündə 1 dəfə.

Maksimal gündəlik doza – 50 mq/kq.

Yarımçıq doğulmuş və vaxtında doğulmuş uşaqlarda doza fərqlənmir.

Yenidoğulmuşlar və uşaqlar ( 15 günlükdən 12 yaşa qədər uşaqlar ): adi gündəlik doza – gündə 1 dəfə 20-80

mq/kq.

Yaşlı insanlar: yaşlı insanlar sefriaksonu yetkin insanlar üçün nəzərdə tutulmuş adi gündəlik dozada qəbul

etməlidilər.

Meningit: bakterial meningitin müalicə üçün yenidoğulmuşlar və uşaqlar üçün başlanğıc doza gündə 1 dəfə 100

mq/kq. Maksimal gündəlik doza – 4 q. törədici və onun həssaslığı təyin edilən kimi doza müvafiq olaraq

azaldırla bilər.

Aşağıda göstərilər müalicə kursu ən effektiv sayılır:

Neisseria meningitidis – 4 gün;

Streptococcus pneumoniae – 7 gün;

Haemophilus influenzae – 6 gün.

ƏLAVƏ TƏSİRLƏRİ:

Şok: nadir hallarda şok yarana bilər. Nasazlıq, anormal intraoral hissiyat, stridor, baş gicəllənməsi, qarının

işləməsi hissi, qulaqda küy, güclü tərləmə müşahidə edilirsə, preparatın qəbulunu dayandırılmalı və müvafiq

müalicə tədbirləri görülməlidir.

Qaraciyər: bəzən GOT, GPT, AL-P, y-GTP və bilirubinin artması müşahidə oluna bilər.

Mədə-bağırsaq sistemi: nadir hallarda kolit, psevdomembranoz kolit, ürək bulanması, qusma, stulun

yumşalması, diareya, anoreksiya müşahidə oluna bilər.

Avitaminoz: nadir hallarda K vitaminozu ( hipoprotrombinemiya, qanaxmaya meyl ) və B qrupu avitaminozu

( qlossit, stomatit, anoreksiya ) müşahidə edilə bilər.

DOZA HƏDDİNİN AŞILMASI:

Dozadan artıq istifadə zamanı hemodializ və peritoneal dializ preparatın konsentrasiyasını azaltmayacaq.

Xüsusi antidotu yoxdur. Simptomatik müalicə aparılmalıdır.

Təsiredici maddə: hər flakonda 1 q Sefriaksona ekvivalent miqdarda Sefriakson-natrium vardır.

Ağ-açıq kristallik toz. Həlledicidə həll edildikdə alınan məhlul rəngsiz və şəffaf olur.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.