TRİFAMOKS 500 mg

TRİFAMOKS 500 mg

10.70 AZN
N1 FLAKON
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Trifamoks İBL-in istifadəsi ona qarşı həssas olan mikroorqanizmlərlə əlaqədar olan infeksiyalarla məhdudlaşır.

Bu mikroorqanizmlər beta-laktamaza hasil etdiklərinə görə, Trifamoks İBL xüsusilə beta-laktamlarla və

sefalosporinlərlə monoterapiyaya rezistent olan mikroorqanizmlərin törətdiyi infeksiyaların müalicəsi üçün

məsləhət görülür.

Müalicəyə başlamazdan əvvəl infekiyanı törədən mikroorqanizmləri təyin etmək məqsədilə adekvat mikrobioloji

sınağın aparılması və Trifamoks İBL-ə həssaslığın yoxlanılması məsləhət görülür. etioloji amil kimi beta-

laktamaza hasil edən mikroorqanizmlərin cəlb olunmasına şübhə olan hallarda müalicəyə bakteroloji sınağın

nəticələri hazır olmadan da başlamaq olar. Nəticə əldə edildikdən sonra lazım olan hallarda müalicəyə sxemi

dəyişdirilə bilər.

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın komponentlərindən hər hansı birinə, penisillinlərə və/və ya sefalosporinlərə qarşı yüksək həssaslıq.

Aşağıdakı qrup xəstələrdə preparatdan istifadə zamanı fayda/risk nisbəti nəzərə alınmalıdır:

-  Anamnezində mədə-bağırsaq xəstəlikləri, xüsusən də qeyri-spesefik xoralı kolit ( o cümlədən antibiotiklərin

qəbulu ilə əlaqədar olan ), regional enterit olan pasiyentlər;

-  İnfeksion mononukleoz ( o cümlədən qızılacayabənzər səpgilər əmələ gələrkən ).

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Dozalanma rejimi infeksiyanın ağırlıq dərəcəsindən və lokalizasiyasından, törədicinin həssaslığından asılı olaraq

fərdi qaydada müəyyən edilir.

Trifamoks İBL 750
( Amoksisilin+Sulbaktam 750 mq/5 ml = 150 mq/ml )
Yaş
Dozalar ( ml-də )
( amoksisilin+sulbaktam mq )
Dozalar arasında interval
Yenidoğulmuşlar və 2 yaşdan aşağı olanlar
1,25-2,5 ml
( 187,5-375 mq )
8-12 saat
2 yaşdan 6 yaşadək olanlar
2,5 ml
( 375 mq )
6-8 saat
6 yaşdan 12 yaşa qədər olanlar
5 ml
( 750 mq )
6-8 saat

Venadaxili infuziya:

Həlledici
Trifamoks İBL maksimal konsetrasiya ( Amoksisilin+Sulbaktam kombinasiyası mq/ml-də
Saxlanma müddəti, saatla


25±2 C-də
5±3 C-də
0,9%-li Natrium xlorid
15
3 saat
4 saat
Ringer məhlulu
15
3 saat
4 saat

ƏLAVƏ TƏSİRLƏRİ:

İnterstisial nefrit

Hematoloji reaksiyalar: neytropeniya, eozinofiliya, anemiya, trombositlərin disfunksiyası;

Oral və digər sahələrin candidozu: normal mikrofloranın pozulması nəticəsində;

Stivens-Conson sindromu və eritema multiforme;

Aminopensillinlərlə istifadə zamanı psevdomembranoz kolit halları haqqında məlumatlar vardır.

DOZA HƏDDİNİN AŞILMASI:

Doza həddinin aşılması halları haqqında məlumatlara rast gəlməmişdir. Doza həddinin aşılması olan hallarda və

ya təsadüfən preparatın yüksək dozası istifadə edildikdə xəstə dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılmalı və

ya toksikoloji mərkəzə aparılmalıdır.

TRİFAMOKS İBL 750

Təsiredici maddə: hər flakonda 500 mq amoksisillin ( amoksisillin-natrium şəkilində ) və 250 mq sulbaktam

( sulbaktam-natrium şəkilində ) vardır.

TRİFAMOKS İBL 1500

Təsiredici maddə: hər flakonda 1000 mq amoksisillin ( amoksisillin-natrium şəkilində ) və 500 mq sulbaktam

( sulbaktam-natrium şəkilində ) vardır.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.