DORTİL COMPLEX

DORTİL COMPLEX

24.20 AZN
N30 kapsula
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Passiflor cövhəri ( ekstraktı ) – ürək-damar sistemində pozuntular zamanı ürəyin fəaliyyətini bərpa etməyə

kömək edir, reflektor oyanıqlığı aşağı salır, zəif qıcolma əleyhinə və spazmolitik təsir göstərir. Onu yüksək

oyanıqlıq təzahürləri olan nevrasteniya vəziyyətlərində, qıcıqlanma, zəiflik, yuxusuzluq, eləcə də klimaks önü

və klimaks dövründə istifadə edirlər.

Yemişan ekstraktı – antiaritmik, kardiotonik, antiaterosklerotik, spazmolitik və antioksidant təsir göstərir.

Koronar və beyin qan dövranını yaxşılaşdırır, damarların genişlənməsi hesabına, ürək ritminin normallaşdırır,

hipotenziv təsir göstərir. Xolesterinin qanda azalmasına təşəbbüs göstərir.

Melissa yağı ( ekstraktı ) – ürək döyünmələri, ürək nahiyyəsində ağrılar, menstruasiyanın tənzimlənməsi,

sakitləşdirici vasitə kimi istifadə edilir. Spazmolitik, yarasağaldıcı təsir göstərir və ürək əzələsini

möhkəmləndirir. Baş ağrıları, əsəb xəstəlikləri, cüzi menstruasiyalar zamanı qəbul edilir.

Maqnezium – orqanizmdə baş verən bir çox proseslərdə iştirak edir – energi hasilatı, qlyukozanın

mənimsəməsi, sinir siqnalının ötürülməsi, zülalların sintezində, sümük toxumasının qurulmasında, əzələ və

damar gərginliyin aradan götürülməsində. Sakitləşdirici təsir göstərir, sinir sisteminin gərginliyini azaldır və

baş-beyin qabığının tormozlayıvı proseslərini gücləndirir, qan laxtalanma proseslərində mühüm rol oynayır,

antiallergik və iltihab əleyhinə faktor kimi, orqanizmi infeksiyalardan qoruyur.

Vitamin B6 – yağ turşuların mənimsənilməsini təmin edir., bir çox fermentlərin sintezinə və işinə təsir göstərir,

qlyukozanı qanda normallaşdırır, baş-beyin toxumalarda metabolizmi normallaşdırır, yaddaşı gücləndirir, sinir

sisteminə müsbət təsir göstərir, işgüzarlığı artırır. Vitamin B6 ürək-damar sistemini sağlamlaşdırır, işemiyanın

ateroslerozun və miokard infraktının yaranmasının qarşısını alır.


GÖSTƏRİŞLƏRİ:

-  Sinir oyanıqlığı, stress;

-  Müxtəlif növ yuxu pozulmaları, yuxusuzluq;

-  Nevrozlar, nevrasyeniya, psixasteniya;

-  Klimakterik sindrom, menstruassiya pozulmaları zamanı;

-  Xroniki yorğunluq, asteniya;

-  Vegetativ sinir sistemi pozulmalarda ( NSD, krizlər, yüksək tərləmə, rüək döyüntüləri );

-  Ağrı sindromu, hipertonus;

-  Hamiləlik hipertonusu, toksikozu zamanı.

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın hər hansı bir komponentinə həssaslıq, uşaqlar 6 yaşadək.

ƏLAVƏ TƏSİRLƏR:

Nadir hallarda halsızlıq və dispeptik əlamətlər.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

DORTİL KOMPLEKS preparatı 1 kapsul gündə 1-2 dəfə qəbul edilir. Müalicə kursu 1 ay.
Passiflora ekstraktı......................300 mq;

Yemişan ekstraktı........................300 mq;

Melissa ekstraktı.........................200 mq;

Maqnezium................................200 mq;

Vitamin B6...................................10 mq;

 
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.