Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

SİNTOMİSİN

1.70 AZN
SİNTOMİSİN
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Yara prosesinin İİ fazasında olan infeksiyaya yoluxmuş yaralar ( irini, nekrotik toxumaları olmayan ), uzun

müddət sağalmayan trofik xoralar, 2-3-cü dərəcəli yanıqlar.

ƏKS GÖSTƏRİŞLƏR:

Fərdi dözümsüzlük, sümük iliyində qanyaranmanın tormozlanması, kəskin intermittəedici porfiriya, qlükoza-6-

fosfatdehidrogenazanın çatışmazlığı, qaraciyər və/və ya böyrək çatışmazlığı, dəri xəstəlikləri ( göbələklə

zədələnmə, psoriaz, ekzema ), hamiləlik, laktasiya dövrü, yeni doğulma müddəti ( 4 həftəyədək ).

Osmotik aktivliyin olmaması nəzərə alaraq ( əsası: yağ, emulqator ) yara prosesini ilk fazasında tətbiq etmək

tövsiyə edilmir ( bol irin axma, toxumaların aşkar ödemi, ağrı və nekrotik toxumalar ).

Ehtiyatla: erkən uşaq ya.dövrü, daha əvvəl sitostatik dərman vasitələri ilə müalicə və ya şüa müalicəsini almiş

pasiyentlərə.

XÜSUSİ GÖSTƏRİŞLƏR:

Müalicə prosesində periferik qanın vəziyyətinə sistematik nəzarət zəruridir.

Hamiləlik zamanı dölə və əmizdirmə zamanı uşağa mənfi təsirlər aşkar edilməmişdir.

Eyni zamanda etanol qəbul etdikdə geniş səthlərə çəkildikdə disulfirama-oxşar reaksiyaların inkişafı

mümkündür ( dəri səthlərinin hiperemiyası, taxikardiya, ürəkbulanma, qusma, reflektor öskürək, qıcolmalar ).

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Xaricə. Yara və yanıqların cərrahi işlanilməsindən sonra sintomisin linimenti bilavasitə yara səthinə çəkilir,

bundan sonra steril tənzif qoyulur və ya sintomisin linimenti sarğı materialına, sonra da yaraya çəkilir. İrinli

yaraların tənzif fistula gedişlərinə daxil edilir.


Yaraların və 2-ci fazada olan yanıqların müalicəsi zamanı-yarların sağalma dinamikasından asılı olaraq 1-3

günə 1 dəfə.

ƏLAVƏ TƏSİRLƏR:

Allergik reaksiyalar: dəri səpgisi, angenevrotik ödem mükündür.

Qanyaradıcı orqanlar tərəfindən nadir hallarda – retikulositepeniya, leykopeniya, qranulositopeniya,

trombositopeniya, aritropeniya, aplastik anemiya, aqranulositoz.

Təsiredici maddə: 1 q linimentin tərkibində 100 mq xloramfenikol ( D,L ) ( sintomisin ) vardır.

Köməkçi maddələr: gənəgərçək yağı, emulqator №1, sorbin turşusu, etanol, natrium karmelloza, su.