CALBONE D3

CALBONE D3

14.80 AZN
150 ML SİROP
FARMAKOLOJİ TƏSİRİ:

Kalsium sümüklərin və dişlərin mineralizasiyası üçün lazım olan əsas mikroelementdir, həmçinin sinir-əzələ

keçiriciliyində iştirak edir. Tərkibindəki kalsium ən asan mənimsənilən formada – karbonat formasındadır.

Maqnezium kalsiumun endogen metabolizmində iştirak edir, böyrəklərdə kalsiumun reabsorbsiyasını artırır və

kalsium mənşəli böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır. Spazmolitik təsiri var. Sink sümüklərdə

regenerasiya proseslərini stimulyasiya edir. Kalsium ilə sinergist təsir göstərərək osteositlərin metabolizmini

yaxşılaşdırır.

Vitamin D3 orqanizmin sərt toxumaları tərəfindən kalsiumun mənimsənilməsini təmin edir. Həmçinin

osteoblastlarda DNT sintezini sürətləndirməklə sümük hüceyrələrinin miqdarını artırır.


GÖSTƏRİŞLƏR:

-  Raxit xəstəliyinin müalicə və profilaktikası;

-  Uşaqlarda kalsium defisiti əlamətləri ( əmgəyin gec bağlanması, dişlərin gec çıxması, çoxsaylı karies və s. );

-  Qıcolma sindromu, spazmofiliya;

-  Sınıqlardan sonra reabilitasiya dövrü;

-  Diuretiklərin, qıcolma əleyhinə preparatların və qlükokortikoidlərin uzunmüddətli qəbulu zamanı təyin olunur.

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın komponentlərinə qarşı allergik reaksiyalar, hiperkalsiemiya, hipervitaminoz D.

DOZALANMA VƏ QƏBUL QAYDASI:

Preparat yeməkdən əvvəl qəbul olunur.

İSTİFADƏ QAYDASI:

2,5 ml 6-12 aylıq körpələrdə
Gündə 2 dəfə
5 ml 1-2 yaş körpələrdə
Gündə 2 dəfə
5 ml 2-12 yaş uşaqlarda
Gündə 2-3 dəfə
5 ml 12 yaşdan yuxarı və böyüklərdə
Gündə 3 dəfə



Hər 10 ml
Tərkibi
%
RDA
Kalsium glukonat
500 mg

Magnezium
150 mg

Vitamin D3
400 İU

Zinc
4 mg


 
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.