MİLİBER

MİLİBER

17.00 AZN
30ml damcı

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Miliber körpələrdə, uşaqlarda və böyüklərdə dispeptik pozğunluqlar, mədə-bağırsaq meteorizmi, qaz sancıları

və aerofagiya zamanı istifadə edilən tibbi vasitədir.

İSTİFADƏ QAYDASI:

Məhsulu istifadə etməzdən öncə yaxşı çalxalamaq lazımdır. İstifadə edildikdən sonra flakonun qapağını kip

bağlamaq lazımdır.

ƏKS GÖSTƏRİŞLƏR:

Tərkibində olan komponentlərdən hər hansı birinə qarşı hiperhəssaslıq olarsa, məhsuldan istifadə etmək olmaz.

DOZALANMA VƏ İSTİFADƏ QAYDASI:

Birdəfəlik doza: 20 damcının tərkibində 40 mq simetikon var.

Böyüklər: həkim məsləhətinə uyğun olaraq və ya 20-40 damcı mayedə həll edilərək gündə 2-4 dəfə, yeməkdən

sonra daxilə qəbul edilir.

Uşaqlar: həkim məsləhətinə uyğun olaraq və ya 20 damcı mayedə həll edilərək gündə 1-3 dəfə, yeməkdən

sonra daxilə qəbul edilir.

Körpələr: həkim məsləhətinə uyğun olaraq və ya 20 damcı mayedə həll edilərək gündə 1-2 dəfə, yeməkdən

sonra daxilə qəbul edilir.

ƏLAVƏ TƏSİRLƏR VƏ DOZA HƏDDİNİN AŞILMASI:

Simetikon əsaslı bütün məhsullar kimi, bu tibbi vasitə də əlavə təsirlərə səbəb ola bilər.

Əgər Miliberlə müalicə zamanı aşağıdakı əlavə təsirlər meydana çıxarsa, həkimə müraciət etmək lazımdır:

-  Qusma, ishal, abdominal ağrı, nazik bağırsaq nahiyəsində ağrı, ürəkbulanma;

-  Səpgilər;

-  Üz, göz və dodaqlarda şişkinlik, angionevrotik ödem.

Bu əlavə təsirlər nadir hallarda rast gəlmir.

Doza həddinin aşılması halları müşahidə edilməmişdir.

Zeytun yağında simetikon, vitamin A, vitamin E və koenzim Q10.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.