EVİXİM

EVİXİM

18.20 AZN
N30 KAPSULA
FARMAKOLOJİ TƏSİRİ:

Evixim – orqanizmdə antioksidant funskiyanı həyata keçirən mühüm bir maddədir. O, doymamış yağ

turşularını, həmçinin hüceyrə membranının fosfolipidlərini və digər oksigenə həssas mmadələri ( Vitamin A və

Vitamin C ) sərbəst radikallardan qoruyur. Evixim mədə-bağırsaq traktınıdan ansorbsiyası ödün və mədəaltı

vəzin fermentativ aktivliyindən asılıdır. Sovrulandan sonra Evixim limfa xiomikronları ilə dövr edir, daha sonra

alfa və beta lipoproteidlərlə birləşərək bütün toxumalara geniş yayılır və əsasən piy toxumasında toplanır.

Orqanizmin tokoferola olan tələbatı onun sovrulması pozulan zaman, qaraciyər, mədəaltı vəzi və bağırsaq

xəstəliklərində artır. Evixim hüceyrə membranını sərəbəst radikallardan qoruyan ən aktiv və təbii

antioksidantdır, eritositlərin qişasını qoruyaraq bütün bədən hüceyrələrinin  tənəffüsünü təmin edir. Qanı

oksigenlə zəngiləşdirir, ürək əzələsini, qan damarlarını möhkəmləndirir, kapilyarların keçiriciliyini artırır və

kövrəkliyinin qarşısını alır, qanın laxtalanmasını azaldır. Tromb əmələgəlməsinin və aterosklerozun inkişafının

qarşısını alaraq qan dövranını yaxşılaşdırır. Evixim zülalların biosintezi, hüceyrələrin proliferasiyası, toxuma

tənəffüsü və s. mühüm metabolik proseslərdə iştirak edir. Ginekolohiyada Evixim menstrual sikli normallaşdırır,

menstrual önü və klimaks zamanı rast gəlinən əlamətlərin ağırlığını azaldır, qadın cinsi hormonlarının

fəaliyyətini yaxşılaşdırır. Evixim həmçinin kişi cinsi hormonlarının fəaliyyətini yaxşılaşdırır, kiçik çanaq

orqanlarının qan dövranını yaxşılaşdırır, testosteron sintez edən hüceyrələri sərbəst radikallardan qoruyur,

spermanın keyfiyyətini yaxşılaşdırır. Evixim onkoloji xəstəliklərdə, idman təcrübəsində

( əzələ kütləsini artırmaq üçün ), geniş istifadə olunur.

GÖSTƏRİŞLƏRİ:

Vitamin E-nin müxtəlif mənşəli hipovitaminozunda və müalicəsində;

Sümük-əzələ sisteminin degenerativ dəyişiklikləri zamanı əsasən əzələ distrofiyasında;

Oynaq və bağlarının xəstəlikləri zamanı;

Menstrual siklin pozulmasında hormonal terapiya ilə yanaşı;

Klimakterik sinrom;

Kişi cinsi vəzilərinin fəaliyyətinin pozulması zamanı; 

Ürəyin işemik xəstəlikləri və areoskleroz zamanı;

Ağır fiziki yüklənmələr zamanı, idmanla məşqul olan zaman;

Astenik sindrom;

Psoriaz;

ƏKS GÖSTƏRİŞLƏR:

Vitamin E-yə qarşı həssaslıq, kəskin miokard infraktı, 12 yaşa qədər uşaqlar;

Vitamin K və antikoaqulyantlarla birlikdə istifadəsi məsləhət görülmür.

İSTİFADƏSİ:

Gündə 1 kapsul yemək vaxtı və ya yeməkdən sonra qəbul olunur.

Hər kapsulda təbii E vitamin ( alfa-tokoferol ) – 400 BV.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.