SAN CALCİLAT

SAN CALCİLAT

11.60 AZN
100 ML SİROP
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Kalsium orqanizm üçün həyati vacib elementlərdən biri olmaqla sinir impulslarının ötürülməsində, sümüklərin

və dişlərin möhkəmliyinin təmin edilməsində, qanın laxtalanmasında, tosqun hüceyrələrin membranının

stabilləşməsində, karbohidrat mübadiləsi və immun sistemin funksiyalarının saxlanılmasında iştirak edir.

Uşaqlarda raxitin əmələ gəlməsinin və böyüklərdə osteoporozun formalaşmasının əsas səbəbi sümük

toxumasında Kalsiumun toplanmasının zəifləndirir. Kalsiumun sümüklərdə zəif toplanmasının əsas səbəbləri

bağırsaqdan Kalsiumun zəif sorulması və onun qandan sümüklərə keçməsinin zəifləməsidir. Bu proseslər də və

D vitaminin aktiv forması olan D3 vitaminin iştirakı ilə həyata keçirilir.

GÖSTƏRİŞLƏRİ:

-  Spazmofiliya;

-  Raxitin müalicəsi və profilaktikası məqsədilə;

-  Osteoparozun müalicəsində;

-  Uşaqlarda kalsium defisiti əlamətləri ( əmgeyin gec bağlanması, dişlərin gec çıxması, boy artımının ləngiməsi

);
-  Hipoparatieodizm;

-  Dişlərin və sümük sisteminin düzgün inkişafı üçün;

-  Sınıqlar və karieslər zamanı;

-  Qıcolma əleyhinə antidepressant və sidikqovucu preparatların qəbulu zamanı;

-  Antasidlərin, qlükokortikoidlərin və sitosttatiklərin qəbulu zamanı Kalsium sorulmasının pozulması;

-  Hormonal və qıcolma əleyhinə preparatların ( difenin, fenobarbital ) qəbul zamanı.

ƏKS GÖSTƏRİŞLƏR:

Qanda və sidikdə Kalsium səviyyəsi yüksək olan hallarda, böyrək çatışmazlığı və böyrək daşları olan şəxslərdə

istifadə edilməlidir. Ürək qlükozidləri və D vitamininin yüksək dozada qəbulu zamanı da, kalsium preparatlarının

istifadəsi əks göstərişdir. Preparatın istifadəsi zamanı bağırsaq disfunksiyaları ( qəbizlik və köp ) baş verə bilər.

DOZALANMA:

1-4 yaşa qədər: 2.5 ml gündə 1-2 dəfə;

4-12 yaşdan yuxarı: 5 ml gündə 1-2 dəfə;

Böyüklər: 10 ml gündə 2 dəfə.

Kalsium Laktat.........................................40 mq;

Vitamin A..............................................1200 İ.U;

Vitamin D3.............................................100 İ.U;

Vitamin B1.................................................1 mg;

Vitamin B2 5-sodium fosfat.......................1 mg;

Vitamin B6..............................................0.5 mg;

Nikotinnamid.............................................5 mg;

Dekspantenol............................................2 mg;

Vitamin C.................................................50 mg;

Vitamin E asetat........................................1 mg.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.