CALBON D3

CALBON D3

14.80 AZN
N30 KAPSULA
GÖSTƏRİŞLƏRİ:

-  Müxtəlif mənşəli osteoporozun profilaktika və kompleks müalicəsində;

-  Qadınlarda menopauza dövründə ( təbii və cərrahi );

-  Uzun müddət qlukokortikosteroid və immunodepressantlar qəbul edən xəstələr;

-  Dayaq-hərəkət aparatı xəstəliklərinin terapiyası: travmatik sınıqlarda;

-  Yeniyetmələrdə kalsium və mineralların defistinin bərpası zamanı;

-  Kalsium və D3 vitamininə təlabatın artdığı hallar – hamiləlik və laktasiya dövrü;

-  Kalsium və D3 vitaminin sorulmasının azalması ( malabsorbsiya sindromu, enteropatiyalar, pankreatit ).


TƏYİNAT:

Osteoporozun profilaktika və müalicəsində 1 kapsul 1 dəfə yemək zamanı daxilə qəbul olunur. Müalicə kursu

həkim tərəfindən təyin olunur. Profilaktika məqsədilə kursun orta davam etmə müddəti 2 ay, müalicə zamanı

3-4 aydır.

Dayaq-hərəkət aparatı xəstəliklərinin terapiyası: travmatik sınıqların konsolidasiyasını yaxşılaşdırmaq

məqsədilə gündə 1 kapsul, kurs müalicə 4-6 həftə.

ƏKS GÖSTƏRİŞLƏR:

Hiperkalsemiya, nefrolitiaz, hiperkalsiuriya, ağır böyrək çatışmazlığı, D3 vitaminin hipervitaminozu, preparatın

tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.

ƏLAVƏ TƏSİRLƏR:

Allergik reaksiyalar, mədə-bağırsaq traktının disfunksiyaları ( ishal və ya diareya, meteorizm, qusma, qarın

nahiyəsində ağrılar ), hiperkalsinemiya və hiperkalsiuriya ( sidikdə və qanda kalsiumun miqdarının artması ).

 
Kalsium – 850 mg/mq;

Vitamin D3 – 600 İU/TV;

Sink – 2 mg/mq;

Mis – 0.5 mg/mq;

Manqan – 0.5 mg/mq;

Maqnezium – 50 mg/mq;

Bor – 50 mcg/mkq.
 

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.