Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

COLISPAS 30 ML (damcı)

18.50 AZN
30 ml damcı
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Colispas unikal tərkibə malik kombinə olunmuş qaz qovucu preparatdır.

Simetikon – qaz qovucu təsirə malikdir: bağırsaqlarda toplanan qaz qabarcıqlarının səthi gərilməsini

dəyişməklə onları parçalıyır və əmələ gəlməsini azaldır. Ayrılan qazların bir hissəsi bağırsaq divarı tərəfindən

sorulur, qalan hissəsi isə bağırsağın peristaltikası hesabına təbii yolla orqanizmdən xaric olunur. Nəticədə bağırsaqlarda qazın ümumi miqdarı azalır.

Darçının efir yağı – darçın bitkisi ürəkbulanmanı, köpü aradan qaldırmaqla həzmi asanlaşdırır. Eləcə də antiseptik, vetreqon, stimullaşdırıcı və bürüyücü təsirə malikdir.

Hill toxumu yağı – hilli köpü, mədə bağırsaq pozğunluqlarını aradan qaldırır, spazmaəleyhinə, tonusu stimullaşdıran, mədə funksiyasını aktivləşdirici, vetroqon, bəlğəmgətirici təsirə malikdir.

GÖSTƏRİŞLƏR:

-  Mədə-bağırsaq spazmları;

-  Sancışəkilli köp və qaz qabarıcıqları zamanı;

-  Meteorizm;

-  Diareya;

-  Ürəkbulanma, qusma;

-  Gəyirmə, hıçqırıq.

İSTİFADƏ QAYDASI:

Körpələr:

0-2 ay: 2.5 ml gündə 3 dəfə;

2 ay – 1 yaş: 5 ml gündə 3 dəfə;

Uşaqlar:

1-2 yaş arası: 10 ml gündə 3 dəfə;

2 yaşdan yuxarı: 15 ml gündə 3 dəfə.
 

Şüyüd toxumu yağı - 2,5 mg.

Köməkçi maddələr: zeytun yağı, E vitamini.