NEYROSETİN

NEYROSETİN

21.30 AZN
N 30 kapsula
FARMAKOLOJİ TƏSİRİ:

NEYROSETİN – nootrop, antiaqreqant, angioprotektor təsirlərə malik, mikrosirkulyasiyanı yaxşılaşdıran

preparatdır. QAYT ( qamma-aminyağ turşusu ) – biogen  maddə olub, insan orqanizmində mərkəzi sinir

sisteminin əsas tormozlayıcı mediatorlarından biridir. QAYT-ın sinaptik boşluqlarda toplanması QAYTA və QAYTC

reseptorlarının aktivləşməsinə, bu isə neyronal impulsların inqibə olunmasına səbəb olur. QAYT reseptorlarının

liqandları müxtəlif psixi pozuntularla müşahidə olunan mərkəzi sinir sistemi xəstəliklərinin, Parkinson,

Alsheymer, yuxu pozğunluğu ( yuxusuzluq, narkolepsiya ), epilepsiyanın müalicəsində istifadə olunan potensial

preparatlardır. QAYT-ın aktivliyinin artması beyində energetik prosesləri yaxşılaşdırır, qlükozamin utilizasiyasını

sürətləndirir, toxuma tənəffüsünü aktivləşdirir, qan təchizatını normallaşdırır. QAYT reseptorlarının aktivləşməsi

kardiomiositlərdə AMF-ın miqdarının artmasına və kalsium ionlarının keçiriciliyinin zəifləməsinə, ürəyin normal

ritm fəaliyyətinin bərpa olunmasına səbəb olur.

GÖSTƏRİŞLƏRİ:

Dissirkulyar ensefalopatiyalar ( insultun fəsadları, kəllə-beyin travmaları, yaşlanma dövrü ), yaddaş və diqqətin

pozulması, intellektual qabiliyyətinin səifləməsi, həyəcanlanma, qorxu. Parkinson və Alsheymer xəstəliyi,

demensiya, yuxu pozğunluğu ( yuxusuzluq, narkolepsiya ) epilepsiya.

Qulaq küyləri.

Ürəyin işemik xəstəlikləri, aritmiya, ateroskleroz.

Gəclərdə diqqət və yaddaşın artırılması məqsədilə.

Yaşlanma ilə əlaqədar görmə pozğunluğu, diabetik retinipatiya.

Baş beynin travması zamanı yaranan astenik-psixogen, nevrotik hallar.

Periferik qan dövranı və mikrosirkulyasiya pozğunluğu, aşağı ətrafların arterio və venopatiyaları. Reyno

sindromu.

DOZALANMASI:

1 kapsul gündə 2 dəfə yemək vaxtı və ya yeməkdən sonra. Müalicə müddəti 1-2 aydır.

ƏLAVƏ TƏSİRLƏRİ:

Nadir hallarda dispeptik pozğunluqlar, başgicəllənmə və allergik reaksiyalar.

ƏKS GÖSTƏRİŞLƏRİ:

Hiperhəssaslıq, 8 yaşa qədər uşaqlar, hamiləlik və laktasiya dövrü.
QAYT ( qamma-aminyağ turşusu ) – 250 mq;

Qinkqo Biloba – 120 mq;

L-5-hidroksitriptofan – 25 mq;

Qlisin – 50 mq;

Maqnezium – 50 mq.

 
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.